Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


10.10.2021  09:37 

“Ətək-ətək pullar xərcləyib, başqa ölkədə...“





A+  A-

"Bəziləri müğənnini görünüşünə, bəzisi isə qulağı ilə sevir. Elə bu da qadın kimidir: elə qadınlar var ki, qulağı ilə sevir, gözəl sözlərə aldanır. Eləsi də var ki, zahiri görünüşə, intellektə baxır. Həm də maddiyat böyük rol oynayır. Həyat tərzi çox bahalaşıb. Musiqidə də böyük vəsaitlər var. Bizim sənət bahalıdır. Mahnı almaqdan, studiyaya qədər xərclənən pullar... Bir şeyi iki dəfə geyinəndə zəng edirlər ki, onu geyinmişdin də".
XəzərNews axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Özəl" proqramında deyib. O, müğənnilik sənətinin bahalı olmasından danışıb. Dadaşova bildirib ki, sənət adamları bir geyimi iki dəfə geyinə bilmir.

Müğənni eyni zamanda gənclərin həyat yoldaşı seçimindən gileylənib:

"İndi gənclər üçün öz yarısını tapmaq çətindir. Bu barədə bəxdim çoxdan açılıb. Qızlar əfsuslar olsun ki, özündənrazı oğlanları seçirlər. Oğlan heç vaxt özündənrazı olmamalıdır. Qıza heyran olmalıdır".

B.Dadaşova Türkiyədə məşhurlaşmaq üçün pul xərcləməyin əleyhinə olduğunu açıqlayıb:

"Əleyhinəyəm ətək-ətək pullar xərcləyib, başqa ölkədə tanınmağın. Rusiya, Norveç və ardından Türkiyədən təklif almışdım. Heç vaxt gedib pul xərcləmərəm. Orada iki-üç diskim çıxdı. Onlar mənə deyirdilər ki, bir yerdə tanınmaq üçün orada qalmaq lazımdır. Ona görə də əlaqə pozuldu. Türkiyədə mənə indi də təklif var, orada dərs demək. Amma orada yaşamalıyam".

Son vaxtlar ifaçıların efirdə canlı oxumamasından gileylənən Brillinat "Səhnə adamları siqaret çəkir, səslərinə pis təsir edir. Bunun fərqində olmurlar. Bunu deyəndə çoxları inciyir. Səhnə adamı idmançı kimi olmalıdır. Onun siqareti, spirtli içkisi olmamalıdır" sözlərini söyləyib.

Xəbər 2025 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +