Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


05.07.2021  14:07 

Payıza doğru yenidən sərt karantinə ehtiyac olacaq? - Komitə sədrindən əhaliyə çağırış





A+  A-

Son günlər koronavirusa yoluxmanın sayında az da olsa artım müşahidə edirik. Digər ölkələrdə yayılan “Delta” ştammı da insanlarda qorxu yaratmağa başlayıb. Hər kəsi maraqlandıran bir sual var: yoluxma getdikcə artarsa, sərt karantin rejiminə keçə bilərikmi?
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, həkim Musa Quliyev bu haqda XəzərNews.az-a danışıb. O, hələ ki epidemoloji şəraitin yaxşı olduğunu, yoluxmanın 100-ü keçmədiyini bildirib:

“Vaksinasiya demək olar ki, sürətlə davam edir, vaksinləşən insanlarımızın sayı artır. Yoluxub sağalan insanlarda immunitet formalaşır. Lakin bu hadisələr bizi arxayınlaşdırmalı deyil. “Delta” ştammının yayılma təhlükəsi çoxdur. Çünki artıq qonşu ölkələrdə, xüsusən də Rusiyada geniş şəkildə yayılıb. Turizm əlaqələri gediş-gəlişlər çoxalıb. Bizim xeyli vətəndaşımız Rusiyada yaşayır, işləyir və yay fəslində Azərbaycana geri dönürlər. Eyni zamanda istirahət üçün Rusiyaya gedənlər də var. Bu səbəbdən son dərəcə ehtiyatlı olmaq lazımdır. Xüsusilə sərhəd-keçid məntəqələrində xarici ölkədən gələnlərin yoxlanılması yaxşı təşkil olunmalıdır. Yəqin ki, bu işlər aparılır. Toylar başlayıb, bir çox iaşə obyektləri, idman zalları fəaliyyətə başlayıb. Bu səbəbdən son dərəcə ehtiyatlı olub, sosial məsafəni qorumalıyıq”.
Musa Quliyev bir daha əhaliyə müraciət edib:

“Əhali olaraq maksimum şəkildə vaksinasiya olunmalıyıq. İmmunitetimizi gücləndirmək üçün hər cür şəraitimiz var. Çalışmaq lazımdır ki, payızda yenidən yoluxmalar artmasın. İndiki şərait yaxşıdır. Yaxın vaxtlarda sərt karantinə ehtiyac olmayacaq. Lakin payıza doğru yeni təhlükə ilə üzləşə bilərik”.

Xəbər 2406 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +