Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


17.05.2021  11:23 

AzTV-dən yoxlamalarla bağlı - Açıqlama





A+  A-

“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a bildirilib ki, şirkətin Aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.

Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda Aztv.az saytında dərc edilib. QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.

“Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda bildirilir.

Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında o da bildirilib ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər: “Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. “Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən KİV haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketlikdən başqa adı yoxdur”.

Xəbər 2899 dəfə oxunub.



14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +