Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


12.03.2025  13:15 

ATƏŞKƏS: Rusiya nə qərar verəcək?





A+  A-

Ukrayna rəhbərliyinin nümayəndələri ilə ABŞ prezidenti Donald Trampın komandası arasında Səudiyyə Ərəbistanında baş tutan dünənki danışıqlardan sonra həm danışıqlarda iştirak edən tərəflərin, həm Rusiyanın, həm də Avropanın nümayəndələrinin bu “sövdələşməyə” (Trampın sevdiyi “deal” ifadəsi burada yerinə düşür) ən müxtəlif münasibətləri özünü göstərir. Onlardan bəzilərinə baxmaqla, vəziyyətin nə yerdə olduğunu aydınlaşdırmaq olar.

Ən sevincli baxışlar ABŞ nümayəndələrinə aiddir.

“Tramp danışıqlar aparmaq bacarığını göstərdi”, - deyə Ağ Evin mətbuat katibi Caroline Leavitt Ukrayna ilə dünənki razılaşmaları şərh edib: “Tramp Zelenskini öz yerinə oturtdu”.

Ukraynada da bu danışıqlarda razı qalanlar az deyil.

"Ən əsası, heç kim bizi ərazilərimizdən imtina etməyə məcbur etməyəcək. Amerika və Tramp administrasiyası bizim tərəfimizdədir” - bu sözləri Ukraynalı deputat Aleksey Qonçarenko deyib:

“Allah nəsib eləsin ki, ABŞ ilə bugünkü kimi əlaqə gələcəkdə də hökumətimiz tərəfindən davam etdirilsin” - deyə o, bu danışıqları şərh edib.

Rusiya tərəfində isə bu danışıqların nəticələrinə baxışlar xeyli fərqlidir.

“Rusiya 30 günlük atəşkəsə razı olmayacaq. Çünki bu, yalnız Ukraynaya yenidən qruplaşmaq və yenidən silahlanmağa imkan verəcək”, - Dövlət Dumasının deputatı Viktor Sobolev deyib. O, hesab edir ki, müvəqqəti atəşkəs qəbuledilməzdir və yalnız Ukraynanın əlini gücləndirir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu danışıqların nəticəsinə şübhə ilə yanaşır:

“Avropa və Britaniya Ukrayna ətrafında münaqişənin davam etməsini istəyir, ABŞ-ı Rusiyaya qarşı aqressiv hərəkətlərə sövq etmək üçün “nəsə hazırlayırlar”.

Lavrovun bu şübhələrinin müəyyən əsası da var. Çünki demək olar ki, bütün Avropalı siyasətçilər bu görüşün nəticələrini müsbət qiymətləndirirlər. Belə bir vəziyyətdə Rusiyanın hansı addımı atacağı sual altındadır. Çünki bu vaxta qədər Rusiya tərəfi prezident səviyyəsində maksimalist təkliflərlə çıxış edib. Onlardan ən vacibi isə ötən il Putinin dilindən səsləndirilən Ukraynanını işğal altında olan vilayətlərin inzibati sərhədlərinə qədər geri çəkilməsi tələbi idi. Bu gün isə Rusiyanın Kursk vilayətinin bir hissəsi də Ukraynanın nəzarətində olduğu təqdirdə cəbhə xəttində atəşkəsin elan edilməsi Putinin öz “sözünü yeməsi” hesab edilə bilər və yəqin ki, məhz elə bu səbəbdən də Rusiya bu şərtlərlə razılaşmayacaq.

Maraqlıdır, Rusiya tərəfinin hərbi əməliyyatlara son qoymaq üçün təqdim etdiyi təşəbbüslərdən imtina edəcəyi təqdirdə, ABŞ prezidenti yeni sanksiyalar tətbiq etmək istəyəcəkmi? Ukrayna prezidentini “yerinə oturdan” Donald Tramp Rusiya prezidentini də “yerinə oturda” biləcəkmi?..

Dadaş Əhmədli

Xəbər 209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +