Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


02.05.2019  15:32 

Azərbaycanda yoxsulluq səviyyəsi AÇIQLANDI





A+  A-

"Azərbaycan 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri üzrə müəyyən öhdəlik götürmüş 193 BMT üzv ölkəsi sırasındadır".
XəzərNews.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda beynəlxalq təşkilatların yüksək səviyyəli görüşündə deyib.

Onun sözlərinə görə, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün vacib addımlar atır:

“Azərbaycan BMT-nin fəal üzvüdür, yoxsulluq və işsizliklə mübarizədə nailiyyətlərinə görə “Cənub-Cənub” mükafatına layiq görülüb”.

S.Həsənova xatırladıb ki, 2000-ci illərin əvvəlində ölkədə yoxsulluq səviyyəsi 50 faizə bərabər idi, indi isə bu göstərici 5 faizədək azalıb.

Nazir müavini əlavə edib ki, Azərbaycan hökuməti Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurası yaradıb və bu qurum aktiv fəaliyyət göstərir.

Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Xəbər 1534 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +