Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


04.08.2023  19:03 

Bu iqtidarı ciddi narahat etməlidir... - Deputat





A+  A-

“Bu günə qədər hakim partiyadan kənar heç bir partiyanın qanunla tələb olunan sayda üzvlərinin siyahısını lazımı qaydada hazırlayıb təqdim edə bilməməsi, yaxud Ədliyyə Nazirliyi tərəfindən bu cür qəbul olunması ciddi təəssüf hissi doğurur”.

XəzərNews.az xəbər verir ki, bunu Xalqcebhesi.az-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Ədliyyə Nazirliyinin partiyanın yenidən qeydiyyata alınmaması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

“İlk öncə onu qeyd edim ki, sivil və qanunun aliliyi qorunan ölkələrdə hər hansı təşikalatda yoxlama aparılırsa mütləq həmin təşkilatın nümayəndəsinin iştirakı təmin edilir. Bundan başqa, bu günə qədər hakim partiyadan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası və siyasi alternativsizlik görüntüsü yaradır, düşmən dəyirmanına su tökür. Bu, həm də parlamentdaxili və parlamentdən kənar partiyaların bərabərləşdirilməsi təsəvvürü yaradır və bundan öncəki seçkilərin və seçkilərlə formalaşdırılan dövlət orqanlarının legitimliyi üzərinə də kölgə salır.

Ədliyyə Nazirliyinin bu qərarı siyasi islahatların zəruriliyini nümayiş etdirir və bizimlə yanaşı dövləti təmsil edən, dövlətin imici və gələcəyi barədə məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir.

Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır”, - Q.Həsənquliyev bildirib.

Xəbər 1270 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +