Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


14.04.2017  19:22 

İlham Əliyevdən TƏBRİK





A+  A-

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
XəzərNews.az xəbər verir ki, təbrikdə bildirilir ki, yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib. Bu gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik.

“Təsadüfi deyil ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir və biz bu sahədə səylərimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə dövlətimizin başçısı təbrikdə qeyd edir.

Prezident bildirir ki, Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. “Ümidvaram ki, xristian həmvətənlərimiz müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin, ictimai-siyasi sabitliyin bərqərar olunması yolunda bundan sonra da əllərindən gələni əsirgəməyəcək, xalqımızın xoşbəxt gələcəyi naminə öz səylərini daha da artıracaqlar”, - deyə dövlətimizin başçısı vurğulayır.

Yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirən Prezident deyir: “Bu əziz gündə sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram”.

Xəbər 2418 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +