Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi


01.06.2021  13:21 

Kredit borcu olanlara ŞAD XƏBƏR





A+  A-

Pandemiya səbəbindən bank sektorunda tətbiq olunan bir sıra requlyativ dəstək tədbirlərinin tətbiqi bu il iyulun 1-dək uzadılıb. Bununla bağlı Mərkəzi Bankın İdarə Heyəti qərar qəbul edib. Sonuncu dəfə İdarə Heyəti müddəti bu yazın ilk ayının sonuncu günü uzadıb.
XəzərNews.az BAKU.WS-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib.

Millət vəkili bildirib ki, qərara əsasən kontr-tsiklik kapital buferi ilə əlaqədar güzəştlərin, habelə kredit öhdəliklərinin gecikdirilməsi halında əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamasına və borcludan tutulmamasına, eləcə də borcalanın kredit tarixçəsinin pisləşdirilməməsinə dair kredit təşkilatlarına verilmiş tövsiyələrin müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılıb:

"Eyni zamanda, kredit və sığorta təşkilatlarının kapital mövqeyinin daha da möhkəmləndirilməsi, onların sərbəst maliyyə vəsaitlərinin kapitala yönəldilməsinin təmin edilməsi məqsədilə tətbiq edilmiş dividend ödənişlərinin məhdudlaşdırılması müddəti həmin tarixədək qüvvədə saxlanılıb.

Həmçinin sektorun bank kapitalına aid yeni requlyativ tələblərinə tədricən adaptasiyasının təmin edilməsi məqsədilə bazar və əməliyyat risklərinin bank kapitalının adekvatlığı əmsalı ilə örtülməsi, habelə əmsalın minimum həddi üzrə requlyativ güzəştlərin tətbiqi müddətinin 1 iyul 2021-ci il tarixinədək uzadılması qərara alınıb.

Qərarın sadə dildə izahatı o deməkdir ki, Mərkəzi Bank pandemiya səbəbindən yubanmalar qeydə alındığı halda banklara borclunun kredit tarixçəsinin pisləşməməsini tövsiyə edir. Mərkəzi Bank tərəfindən güzəşt müddətlərinin uzadılması təqdirəlayiq haldır.

Qeyd edim ki, Milli Məclisin 27 may 2021-ci il tarixli plenar iclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adlarının ictimaiyyət arasında "qara siyahı" adlandırılan siyahıya salınmamasını təklif etmişdim".

Xəbər 2709 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +