Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi
Zelenski Trampı Ukraynaya dəvət etdi


12.04.2025  10:02 

AŞPA - Azərbaycan münasibətləri yenə gərginləşdi - AÇIQLAMA





A+  A-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun "Alpha News" qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik.

XəzərNews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirilib.

"Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur.

AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət, Avropa Parlamentində də mövcuddur.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqemizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə, məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil.

Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvləri kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir", – XİN-in sözçüsü deyib.

Xəbər 860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +