Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu


25.06.2021  16:11 

DSX-dən iki uğurlu əməliyyat: Saxlanılanlar var





A+  A-

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi tərəfindən keçirilmiş tədbirlər nəticəsində təxmini çəkisi 70 kilo­qram 405 qram narkotik vasitənin, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatlarının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
XəzərNews.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, iyun ayının 20-də saat 02:00 radələrində Füzuli rayonunun “Bala-Bəhmənli” sərhəd zastavasının ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Horadiz-Bakı avtomagistral yolunun yaxınlığındakı ərazidən bağlama götürərək uzaqlaşmağa çalışan 1 nəfər şübhəli şəxs saxlanılıb.

Saxlanılan şəxsin Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Piriyev Məhərrəm Vahab oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 34 kiloqram 800 qram narkotik vasitə (26400 qram heroin, 2000 qram metamfetamin və 6400 qram marixuana) aşkar olunaraq götürülüb.

İyun ayının 22-də İmişli rayonunun “Bəhrəmtəpə” sərhəd zasta­va­sının ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulacağı barədə məlumat daxil olub.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bəh­rəm­təpə-Bakı avtomagistral yolu istiqamətində MAZ markalı 66-BN-623 dövlət nömrə nişanlı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən iki nəfər şübhəli şəxs saxlanılıb.

Yevlax şəhər sakinləri 1981-ci il təvəllüdlü İbadi Ceyhun Tofiq oğlu və 1982-ci il təvəllüdlü Xalıqverdiyev Elçin Eyvaz oğlu olmaları müəyyən­ləşdirilən şəxslərin üzərindəki iki ədəd bağla­manın içərisindən təxmini çəkisi 35 kiloqram 605 qram narkotik vasitə (26 442 qram heroin, 5863 qram marixuana, 3300 qram metamfetamin), 920 ədəd “metadon M-40” və 150 ədəd “preqabalin” həbləri aşkar olunaraq götürülüb.

Faktlar üzrə cinayət işləri başlanılıb, saxlanılan şəxslər təqsirlən­dirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçil­ib. Cinayət işləri üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 2293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +