Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


16.02.2022  10:57 

Qarabağ əlilinin pensiyası niyə kəsilib?





A+  A-

“I Qarabağ müharibəsi zamanı, 1994-cü ilin aprelində Ağdam uğrunda döyüşlərdə ağır yaralanmışam. O vaxtdan da fiziki iş qabiliyyətimi itirmişəm. 17 ildən artıq əlil kimi pensiya alsam da, ötən ilin avqustundan pensiyam kəsilib”.

XəzərNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Quba rayonunun Bağbanlı qəsəbəsindən olan I Qarabağ müharibəsi döyüşçüsü Manafov Arif Mustafa oğlu müraciət edib.

O bildirir ki, hazırda sağlamlığı ilə bağlı ciddi problemlər olsa da, pensiya ala bilmir: “1994-2004-cü illərdə-10 il ərzində mənə əlillik verilməyib. Prezdentinə müraciət etdikdən sonra məni həkim komissiyasından keçirdilər və 2004-cü ildən 3-cü qrup əlillik təyin etdilər. Getdikcə səhhətimdə ağırlaşmalar olduğuna görə təyinat dəyişdirildi və 2-ci qrup əlillik təyin olundu. 2021-ci ilə qədər II qrup əlil kimi pensiya aldım. Ötən ilin avqustunda həkim komissiyasından keçsəm də, 6 aydır əlillik təyin olunması barədə bir xəbər yoxdur. Özüm xəstəyəm, övladım nevroloji xəstədir. Fiziki iş görmə qabiliyyətim olmadığına görə aldığım pensiyadan başqa gəlir yerimiz yoxdur. Çox çətin vəziyyətdə qalmışıq, evimə ərzaq, övladımın, özümün dərmanlarımızı ala bilmirəm”.

A.Manafov həmçinin bildirir ki, maddi çətinliklər səbəbindən 1 aydır övladını məktəbə apara bilmir.

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya açıqlamasında A. Manafovun əlillik müddətinin 27.07.2021-ci il tarixdə başa çatdığını bildirdi. Onun sözlərinə görə, A. Manafovun əlillik səbəbi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olduğu üçün o, 12.01.2022 tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə cəlb edilib: “Əyani müayinə zamanı şəxsin xəstəliyinin hərbi səbəblə əlaqəli olmasını təsdiq edən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının olmadığı müəyyən edilib. Həmin qərarı Agentliyə təqdim etməli olduğu A.Manafova bildirilsə də, o, hələ də təqdim etməyib. Qeyd edilən qərarı Agentliyə təqdim etdiyi təqdirdə, onun əlilliyi ilə bağlı qanunvericiliyə müvafiq olaraq qərar veriləcək”.

Xəbər 1647 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +