İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


07.07.2023  11:00 

Parklanma qiymətləri nəyə əsasən tərtib olunur?





A+  A-

Son günlərdə ölkədə parklanma qiymətləri ilə bağlı məsələlər insanlar arasında müzakirə mövzusuna çevrilib. Hazırda insanların böyük bir hissəsi parklanma qiymətlərinin bahalı olmasından şikayətlənir. Belə ki, şəhərin bəzi ərazilərində parklanma qiyməti saatı 30-70 qəpik təşkil edirsə, əksər ərazilərində isə saatı 1 manat təşkil edir.

Maraqlıdır, parklanma qiymətləri nəyə əsasən tərtib olunur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik.

XəzərNews.az xəbər verir ki, qurumun mətbuat katibi Tural Orucov lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarına əsasən, Bakı şəhəri üzrə 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.

Onun sözlərinə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib:

"Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək. "Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur".

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, parklanma qiymətlərinin hesablanması əvvəlki qaydalara və ənənəvi üsullara əsasən hesablanır.

Onun sözlərinə görə, bu proses iqtisadçılar, mütəxəssislər tərəfindən hazırlanır:

"Burada qiymət xarici praktika, ümumi ərazinin qiymətləndirilməsi, 1 kvadrat metrə düşən avtomobillərin sayı, həmin ərazidə yerləşən müəssisələrin rentabelinə əsasən hesablanır".

Xəbər 1493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +