Hava şəraiti: Arabir yağıntılı olacaq
Polad Bülbüloğluna ağır ittiham - Ramiz əmi ilə...
Bakının axşam tıxacı... - Siyahı
Səfirlik avtomobili velosiped zolağında - Foto
Bələdiyyə ilə kənd sakinləri arasında qalmaqal – VİDEO
Sabiq general-mayor yenidən vəzifədə
Prezident fərman imzaladı
Jurnalist saxlanıldı -Buna görə
Məşhur şadlıq evində yeməkləri camış ətindən bişiriblərmiş - FOTO
Nüşabə Musayeva: “Heç kəsin dədəsinə borcum yoxdur!”


19.09.2025  17:25 

Referendum niyə lazımdır? - Şərh





A+  A-

Azərbaycan Konstitusiyasına dəyişiklilklər edilməsi üçün yaxın aylarda referendumun keçirilməsini zəruri edən əsas səbəblərdən biri Ermənistanla yekun Sülh Sazişinin imzalanmasına hazırlıqdır.

Avqustun 8-də Vaşinqtonda Sülh Sazişinin razılaşdırılmış mətni paraflanıb və orada açıqca göstərilir ki, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər.

Deməli, hər iki ölkənin daxili qanunvericiliyi indidən yekun Sülh Müqaviləsinə uyğunlaşdırılmalıdır.

Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi Azərbaycanın əsas tələblərindən biridir və Paşinyan hökuməti də artıq buna hazırlıq aparır.

Eyni zamanda, qüvvədə olan Azərbaycan Konstitusiyasında da müəyyən maddələr var ki, Ermənistanla yekun Sülh Sazişinin imzalanması prosesində ortaya çıxacaq problemlərin həllində hökumətimizin fəaliyyətini məhdudlaşdırır, ona çevik qərarların qəbulunda maneçilik törədir.

Söhbət, ilk növbədə, sərhədlərin delimitasiya və demarkasiyası zamanı, xüsusən də anklavlarla bağlı məsələnin həllində ortaya çıxacaq hüquqi maneələrdən gedir.

Məlum olduğu kimi, hazırda Ermənistan ərazisində Azərbaycanın 4 (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı), Ermənistanın isə Azərbaycan ərazisində 1 (Başkənd) anklavı var.

Anklavlarla bağlı məsələnin necə həll ediləcəyi ilə bağlı arxa planda danışıqlar aparılsa da, detalları barədə ictimaiyyətə hələlik ətraflı məlumat verilmir.

Paraflanmış Saziş mətnindən belə çıxır ki, ilkin olaraq, SSRİ dövründəki sərhədlər əsas götürülməklə delimitasiya və demarkasiya prosesi aparılacaq.

Reallıqda isə anklavlara əhalinin qayıdışını və təhlükəsizliklərini təmin etməkdə hər iki tərəf ciddi problemlərlə üzləşəcək, sülhdə maraqlı olmayan üçüncü tərəflər isə bu durumdan istifadə edəcəklər.

Deməli, anklavlar məsələsi, gec-tez, “ərazi mübadiləsi” variantını hər iki ölkənin siyasi gündəliyinə daşıyacaq.

Qüvvədə olan Azərbaycan Konstitusiyasının 3-cü maddəsinin II hissəsi və və 11-ci maddəsinin III hissəsi isə Azərbaycan hakimiyyətinə “ərazi mübadiləsi”ni – sərhədlərin dəyişdirilməsini qadağan edir. Bu məsələ yalnız referendumla həll oluna bilər!

Deməli, Ermənistanla yekun Sülh Müqaviləsinin imzalanması üçün bu maddələr ya Azərbaycan Konstitusiyasından çıxarılmalı və ya ona dəyişiklik edilməlidir.

Xatırladaq ki, hazırda Ermənistan ərazisində olan 4 anklavın (Kərki, Yuxarı Əskipara, Sofulu, Bərxudarlı) toplam ərazisi 59,9 kv km, Azərbaycan ərazisindəki Ermənistan anklavının (Başkənd) ərazisi isə 40 kv km-dir.

Problem ondadır ki, anklavlar Sovetlər dönəmində olduğu kimi qaytarılacağı təqdirdə, bir tərəfdən, ora əhalinin köçürülməsi, gediş-gəliş uzun illər çətinlik yaradacaq, o biri tərəfdən də Ermənistanın Gürcüstan və İran gedən magistral yolları Azərbaycanın, Azərbaycanın Gədəbəy rayonunun bir neçə kəndinə gedən yol isə ermənilərin nəzarətinə düşəcək.

Azərbaycan və Ermənistan rəhbərləri isə Vaşinqtonda imzaladıqları sənədlərlə bəyan ediblər ki, tərəflər arasında münaqişəyə yol açacaq köhnə dəftərləri birdəfəlik qapatmaq və gələcəyə hər hansı problem saxlamamaq niyyətindədilər.

Elxan Şükürlü

Xəbər 3274 dəfə oxunub.




13.11.2025  16:52 

Prezident fərman imzaladı

13.11.2025  16:49 

Jurnalist saxlanıldı -Buna görə

13.11.2025  12:11 

RUSİYANIN YALVARIŞLARI

13.11.2025  10:54 

Tanınmış professor vəfat edib

13.11.2025  10:47 

Prezident onları qəbul edib

12.11.2025  17:08 

Şagird müəllimini döydü

12.11.2025  16:32 

Milli birlik naminə... - 44 gün


BÜTÜN XƏBƏRLƏR +