Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


18.03.2025  11:31 

“AFB Bank“da nə baş verir: Müştərilər 36 mln. manatdan çox vəsaiti niyə geri çəkib?





A+  A-

31 dekabr 2024-cü ildə yekunlaşan 2024-cü maliyyə ilinin IV rübündə "AFB Bank"ın aktivləri 295 mln. 167,21 min manat təşkil edib.

XəzərNews.az Valyuta.Az-a istinadən xəbər verir ki, bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 35 mln. manat daha azdı. Belə ki, 2023-cü ilin IV rübündə bankın aktivləri 330 mln. 667,57 min manat təşkil edib.

Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaiti 2024-cü ilin IV rübündə 33 mln. 725,63 min manata düşüb. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 49 mln. 030,52 min manat idi.

Ticarət və investisiya qiymətli kağızları 41 mln. 575,50 min manatdan 15 mln. 862,85 min manata düşüb ki, bu da 25 mln. manatdan çox azalma deməkdir.

Banklar və digər maliyyə institutlarındakı depozitlər 30 mln. manatdan 28 mln. manata düşərək, 2 mln.luq azalma qeydə alınıb.

Sözügedən dövrdə müştərilərə verilən istehlak kreditləri 22 mln. 006,87 min manatdan 21 mln. 762,73 min manata, biznes kreditləri isə 96 mln. 225,38 min manatdan 90 mln. 056,11 min manata düşüb.

Hesabat dövründə bankın öhdəliklərində də 32 mln. manatdan çox azalma qeydə alınıb. Bankın öhdəlikləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 249 mln. 998,37 min manatdan 217 mln. 950,89 min manata düşüb.

Bankdakı fiziki şəxslərin depozitlərində 13 mln. manatlıq, hüquqi şəxslərin depozitlərində isə 23 mln. manatlıq azalma qeydə alınıb. Belə ki, fiziki şəxslərin depozitləri 2023-cü ilin IV rübü ilə müqayisədə 73 mln. 245,49 min manatdan 60 mln. 107,71 min manata, hüquqi şəxslərin depozitlərində isə 95 mln. 010,80 min manatdan 72 mln. 875,45 min manata düşüb.

Rübün sonunda bankın ödədiyi mənfəət vergisi 6 dəfəyə yaxın, xalis mənfəəti isə 3 mln. manatdan çox azalıb. Bank 2024-cü ilin IV rübündə 493,33 min manat mənfəət vergisi ödəyib. Əvvəlki ilin müvafiq dövründə isə bu rəqəm 2 mln. 475,12 min manat idi.

Bankın mənfəətinə gəldikdə isə, sözügedən dövrdə bank 4 mln. 578,42 min manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki ilin IV rübündə qeydə alınan 7 mln. 652,49 min manatla müqayisədə əhəmiyyətli azalmadır.

Xəbər 199 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +