Bakıda beşmərtəbəli binada yanğın başlayıb
“Diqtə edilmiş sülh qəbul edilməyəcək” - Şolz
Rusiya 15 yeni diviziya yaradır - Zelenski
Əliyev Vuçiçə təbrik məktubu göndərdi
Rusiya Çernobılı raketlə vurdu, yanğın çıxdı
Annalena Baerbok Trampa qarşı
Mahir Emreli türk sevgilisi ilə FOTOsunu paylaşdı
Novruz bayramında 11 gün qeyri-iş günü olacaq
Sabah hava yağmursuz keçəcək
Yağış TIXAC yaratdı: Bakının yolları...


14.02.2025  21:19 

Sabiq səfirin övladları çoxmilyonluq əmlaklara necə sahib olublar?





A+  A-

Avropada yaşayan azərbaycanlı jurnalist Cavanşir Həsənli adı seksual qalmaqallarda hallanaraq həbs olunan Azərbaycanın sabiq səfiri Rəfael İbrahimov və ailəsinin biznesi ilə bağlı maraqlı və faktlara əsaslanan material yayıb.
Xəzərnews.az həmin yazını olduğu kimi təqdim edir:

- Azərbaycanın 2001-2007-ci illərdə Azərbaycanın Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olmuş Rəfael İbrahimov seksual təzyiqdə ittiham olunur. Çester Krallıq Məhkəməsi onu 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.

Hələ bu harasıdır?!

Keçək Rəfael İbrahimovun Londondakı digər sərgüzəştlərinə. Keçmiş səfirin qız və oğlu Britaniyada çoxmilyonluq əmlaklara necə sahib olublar?

Britaniya Şirkətlər Evində Azərbaycanın sabiq səfirinin övladlarının - Ayaz və Hanuşkanın adı iki şirkətdə təsisçisi kimi qeyd olunur. Bəli, təəccüblənməyin bizim sabiq səfirin qızının rəsmi adı Hanuşkadır və Sergey Toni adlı Monakoda oturum izni olan Rusiya əsilli şəxslə evləndikdən sonra Hanuşka Toni adını daşıyır.

Sənədlərə görə, keçmiş səfirin həyat yoldaşı Dinara İbrahimova, oğlu Ayaz İbrahimov, qızı Hanuşka Toni və kürəkəni Sergey Toni 2019-cu ilin martında THE VESTIARY LIMITED şirkətini təsis ediblər. 2020-ci ilin noyabrında şirkətin adı SELLIER LTD-yə dəyişdirilib. Fəaliyyəti dövründə sabiq səfirin ailə üzvləri gəlirsiz göstərsələr də onlar əmlak şirkətinə 2 milyon funt-sterlinq sərmayə qoyublar. Üstəlik Hanuşka və anası Dinaranın Londonda çanta mağazası var.



Dinara və Hanuşka hələ 2017-ci ildə Londonda brend saatlar və qızıl-brilyant satışı ilə məşğul olan WHYTE DIAMONDS LIMITED şirkətini təsis etsələr də 2 il sonra onu bağlayıblar.

Rəfael İbrahimov hələ Böyük Britaniyada səfir kimi fəaliyyət göstərdiyi 2004-cü ildə həyat yoldaşı Dinara İbrahimova Londonda Beynəlxal Bankın keçmiş prezidenti Cahangir Hacıyevin yaxın adamı plan Rüfət İmamverdiyevlə RIXON LIMITED-i təsis edib.

Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir.

Sabiq səfirin oğlu Ayaz İbrahimov isə Anthony George Eugene Foyle ilə 2016-cı ilin mayında təsis edilən 37 BOLTON GARDENS (FREEHOLD) LIMITED adlı əmıak şirkətinin təsisçiləridir. Bu şirkət də faktiki gəlirsiz fəaliyyətdədir və Britaniyada çirkli pulların yuyulması şübhəsi doğurur.

Hanuşka ötən ilin martında Londonda daha bir şirkət- JUICE MOMENT LTD-ni təsis edib.
Onun adı atasının məhkəməsi ərəfəsində, yəni ötən ilin oktyabrında ləğv edilmə prosesinə başlanılan LUXDECO LTD şirkətinin təsisçiləri sırasında da keçir. Şirkət Londondakı eyniadlı lüks mebel mağazasını idarə edib.



Keçmiş səfirin qızının adı Xanım İbrahimova olaraq Rutland Geyt 25-də hüquqi ünvanda qeydiyyatda olan və əri Sergey Toninin təsisçisi olduğu BRUNSWICK ROSE LIMITED şirkətində də keçir. Şirkətin aktivləri 2 milyon funt-sterlinqə çatır.

İbrahimov - Tonilər ailəsi Londonda lüks həyat sürürlər və atası 2015-ci ildə Hanuşkaya ad günü münasibətilə "Aston Martin" markalı bahalı avtomobil alıb.

Keçmiş səfir Voronejli işadamı Oleq Toninin qudasıdır, onun kürəkəninin adına Parisdə mənzili, İspaniyanın Aralıq dənizi sahilində mülkləri və daha çoxu var. Əmlakların bir çoxu Lüksemburqda qeydiyyatdan keçmiş gizli şirkətlərə məxsusdur.

Ümumilikdə onun Avropada ən azı 50 milyon avro dəyərində Avropa daşınmaz əmlaka və digər aktivlərə sahib olduğu məlumdur. Bu siyahıya Paris yaxınlığındakı 19-cu əsrə aid neo-qotik saray, Luvr və Arc de Triomphe arasında mənzil, Parisdə iki villa, İspaniyanın Aralıq dənizi sahilində üç ev, üç mənzil, bir villa və torpaq, Almaniyada bir depo, İsveçrədə otel daxildir.







Xəbər 352 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.02.2025  13:17 

Annalena Baerbok Trampa qarşı

15.02.2025  12:56 

Sabah hava yağmursuz keçəcək

14.02.2025  21:16 

Zaxarova haqlıdır, amma...

14.02.2025  11:57 

Sürücülərin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +