14.04.2025 18:46
Ruben Vardanyan həbsxanada xoşbəxtliyin sirrini necə tapdı?
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə maddələri ilə təqsirləndirilərək hazırda Bakıda məhkəmə hakimləri qarşısına çıxarılan quldur milyarder Ruben Vardanyan dünən ailəsinə növbəti məktubunu göndərib. O, məktubda xoşbəxt olduğunu yazıb.
Sən demə, Rubenin filosofluğu da varmış. Adam məktubunda xoşbəxtliyin az qala lap Lev Tolstoy sayağı tərifini də verib.
Sitat:
"Həbsxanadakı kameramda xoşbəxtəm. Xoşbəxtlik bizim içimizdə başlayır və bitir. Xarici mühit heç bir rol oynamır. Mən həm Hind okeanındakı dəbdəbəli adada, sadəcə biz - ailəm və xidmət işçiləri olan bir adada xoşbəxt olmuşam, həm də buradakı kameramda xoşbəxtəm".
Vardanyanın bu məktubu, əslində, şok etiraflar məktubudur. Ən heyrətamiz etirafı isə budur ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk etdiyini bildirib: "Ömrüm boyu yeddi aksiomanı dərk etdim. Əsrlər boyu müdriklər, peyğəmbərlər bu fikirləri müxtəlif dillərdə, müxtəlif söz, rəmz, hərəkət və qayda-qanunlarla bizə dəfələrlə çatdırmağa çalışıblar. Mən onları 57 yaşımda başa düşdüm".
Deməli, bu erməni 57 il boşuna yaşayıb. Əgər Azərbaycanın Xüsusi Təyinatlıları 2023-cü ilin sentyabrında onu Qarabağdan Ermənistan tərəfə keçmək istəyərkən yaxalayıb Bakıya gətirməsəydilər və bu avantürist milyarder son ilyarımda türmə həyatının mənəvi-psixoloji katarsisindən keçib reallıq hissinə qayıtmasaydı, yenə də öz ənənəvi erməni həyatına (terror və separatçılığı maliyyələşdirən, Azərbaycana nifrəti təbliğ edən, irqçiliyi və millətçiliyi yaşam tərzinə çevirən erməni həyatına) davam edəcəkdi. Necə ki, bu gün Ermənistanda və dünyanın müxtəlif ölkələrindəki əksər ermənilər də məhz bu həyat tərzi ilə yaşayır, Azərbaycan və Türkiyəyə qarşı daim qisas hissilə qovrulurlar.
Odur ki, məsələyə bu yöndən yanaşsaq, əslində, bütün erməniləri (Nikol Paşinyan, Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sərkisyan başda olmaqla) Bakı türməsinin "həvəngdəstə"sindən keçirməliyik. Denasifikasiya etmək məqsədilə keçirməliyik.
Keçirməliyik ki, erməni toplumu faşizm və ultramillətçilik zəhərindən, kilsənin uzun illər boyu təbliğ etdiyi türk düşmənçiliyindən arınıb durulsun, normal və adekvat bir topluma çevrilsin.
Ruben isə məktubunun sonunda Allaha şükr etdiyi kimi Azərbaycana da təşəkkür etməliydi. Çünki məhz Azərbaycan dövlətinin lütfü sayəsində o, Bakıda məhbus həyatını yaşamaq və burada əsl xoşbəxtliyi dərk etmək imkanını qazanıb.
"Bu gün üçün Allaha şükür etməliyik. Əsas odur ki, gündəlik həyatın və rutinin bu çılğın dünyasında pula, zövqlərə deyil, ruhunuza vaxt ayırın",- deyə öz ailə üzvlərinə və bütün ermənilərə xitab edən R.Vardanyan yəqin ki, məhbəs divarları arasında duyduğu xoşbəxtlik təəssüratları barədə gələcəkdə böyük bir kitab da yazacaq. Əlbəttə, belə bir kitabı yazmaq üçün o, vaxt sarıdan əsla korluq çəkməyəcək. Çünki qarşıda onu hələ uzun bir məhbəs həyatı gözləyir...
(ardı var)
Bəybala Mirzəyev
Xəbər 765 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|