Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


05.02.2025  13:39 

İsa Həbibbəylinin qardaşı gömrükdən yayınmağı haqda iddialardan danışdı





A+  A-

AMEA-nın prezidenti İsa Həbibbəylinin qardaşı Yaqub Həbibbəyi Naxçıvan gömrüyündən vergi ödəmədən tekstil məhsulları idxal etməsi haqda iddialara aydınlıq gətirib.

Bu haqda “Yeni Sabah”a açıqlama verən Y. Həbibbəyli yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib:

“Sizin saytınızda mənim haqqımda yayımlanan xəbərlə əlaqədar olaraq bildirirəm ki, Səhət Həbibbəylinin Naxçıvan Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə muxtar respublikanın gömrük xidmətindən bir dəfə də olsa, heç vaxt istifadə etməmişəm.

Sonrakı dövrdə də Naxçıvan Gömrük xidmətinə heç bir müraciətim olmayıb”.

Qeyd edək ki, sözügedən xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşmışdı. Xəbərdə iddia olunurdu ki, İ. Həbibbəylinin qardaşı Yaqub Həbibbəylinin Türkiyədən Azərbaycana tekstil idxalı ilə məşğul olub və S.Həbibbəylinin vəzifəsindən istifadə edərək, onu gömrük rüsumu və vergilərdən yayındırıb: “Səhət Həbibbəyli Naxçıvan Gömrük Komitəsinin rəhbəri olarkən o, Türkiyədən gətirdiyi malları gömrük qeydiyyatına aldırmadan sərbəst keçirib. Araşdırılsın görək 2021/11/14 tarixində "Türkaylar" tekstil sanayi ve ticaret anonim şirkətindən Yaqub Həbibbəylinin adına alınmış 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklər gömrük qeydiyyatında keçib yoxsa yox?!”

Xəbər 578 dəfə oxunub.



05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +