Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.04.2025  15:44 

Vəziyyətin sabitliyini daxildən pozmağa çalışacaqlar - Sabiq nazirdən şok açıqlama





A+  A-

"Uzun illərdir ki, Ermənistan-Azərbaycan münaqişəsi mövzusu xarici qüvvələrin regiona əsas təsir aləti olub. Lakin bu gün göz qabağındadır ki, Azərbaycan bu məsələni beynəlxalq gündəmdən çıxarmaq strategiyasını ardıcıl surətdə həyata keçirdiyi üçün münaqişələrin idarə olunması amili öz əhəmiyyətini itirir".

XəzərNews.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Facebook" səhifəsində yazıb.

"Beləliklə, münaqişə mövzusu nəhayət xarici qüvvələrin aləti kimi təsirini itirərsə, alternativ yaratmaq cəhdi necə və hansı formada görünəcək?

Əslində, “Ərəb baharı” hadisələri və ya Şərqi Avropa ölkələrində və postsovet ölkələrində baş verən müxtəlif rəngli və çalarlı “məxməri inqilablar” silsiləsinə nəzər salsaq, artıq cavab var.

Bizim ölkəni nə gözləyir? Münaqişələrin idarə olunması sistemini nə ilə əvəz etməyə çalışacaqları sualının cavabı da göz qabağındadır - vəziyyətin sabitliyini daxildən pozmağa çalışacaqlar. Bu məsələdə hətta bu və ya digər ictimai narazılığın özü də kənar oyunçular üçün həlledici rol oynamır. İstənilən bəhanədən istifadə etməyə çalışacaqlar, istər real, istərsə də uydurma", - deyə o qeyd edib.

Xəbər 772 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +