Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


18.04.2025  13:51 

Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”





A+  A-

Azərbaycanda bəzilərinin parlamentə gedən yolunun büdcə talançılığından keçdiyini desək, səhv etmiş olmarıq. Təsadüfi deyil ki, parlamentə düşənlərin bir çoxunun şəxsi tərcümeyi-halında “qara” izlərə rast gəlinir – özü də yaşından və təcrübəsindən asılı olmayaraq…

Ötən gün mətbuatda Hesablama Palatasının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs və tabeliyindəki təşkilatlarda apardığı yoxlamaların nəticələri dərc edilib. Audit prosesi 29.02.2024-cü il tarixindən 13.04.2024-cü il tarixinədək aparılıb və 01.01.2022-ci il tarixindən 31.12.2023-cü il tarixinədək olan dövrü əhatə edib. Bu qısa müddət ərzində milyonlarla manatlıq pozuntulara, yeyintilərə yol verildiyi aşkarlanıb. Alqı-satqı əməliyyatlarından tutmuş tenderlərə, dövlət sifarişlərinin maliyyələşdirilməsinə, xərclərin şişirdilməsinə qədər saysız-hesabsız pozuntular üzə çıxıb.

Auditin aparıldığı dövrdə quruma hazırda millət vəkili statusu daşıyan Şahin Seyidzadə rəhbərlik edib. Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”

2022–2024-cü illərdə qurumun İdarə Heyətinin sədri olan Seyidzadə, ötən il keçirilən parlament seçkilərində deputat seçilib və hazırda parlamentdə fəaliyyətini davam etdirir. Məsələ ondadır ki, Seyidzadə “İçərişəhər”ə rəhbər təyin olunmazdan əvvəl – 2020-ci ildən 2022-ci ilə qədər də deputat olub.

Hesablama Palatasının auditindən göründüyü kimi, iki il ərzindəki “uğurlu” fəaliyyətdən sonra Seyidzadə yenidən parlamentə qaytarılıb. Azərbaycanda Hesablama Palatasının müstəqillik səviyyəsini nəzərə alsaq, təbii ki, onun yaydığı hesabatlar hər hansı təşkilatda olan pozuntuların və yeyintilərin bütün miqyasını tam əhatə etməyə bilər. Bununla belə, təqdim olunan hesabat belə, ortada milyonlarla manatlıq pozuntuların olduğunu göstərir.

Əlbəttə ki, qanunun aliliyi, demokratiya və şəffaflıq ənənələrinin dərin köklərə sahib olduğu ölkələrdə bu cür faktlar aşkarlanarsa, istənilən məmur və ya deputat ilk növbədə ictimai qınağa məruz qalır, daha sonra isə hüquqi məsuliyyətə cəlb olunur.

Bizdə isə bu təcrübə “populyar deyil” və Şahin Seyidzadəyə də bu səbəbdən heç nə edilməyəcək. Parlament belə şəxslərlə doludur – onların hansına nə edilib ki, ona da edilsin? Əvəzində, onların timsalında Azərbaycanda yeni Ramiz Mehdiyev, Ziya Məmmədov, Fazil Məmmədov, Eldar Mahmudov, Zakir Qaralov və s. nəsli – yəni, “gənc və perspektivli korrupsionerlər nəsli”nin yetişdiyini görürük. Dəyişən yalnız adlar və yaşlardır, mahiyyət isə olduğu kimi qalır...

Azərbaycan reallıqlarında deputat mandatı kimlər üçünsə karyerasında irəliləyiş, kimlər üçünsə əksinə – eniş sayılır. Belə görünür ki, “İçərişəhər”ə rəhbər təyin edilməsi Seyidzadə üçün “karyera sıçrayışı” (məsələn, Mikayıl Cabbarov bu vəzifədən birbaşa Təhsil naziri postuna getmişdi), parlamentə qaytarılması isə karyera enişi olub.

Auditin nəticələri həm də göstərir ki, Seyidzadənin cəmi iki ildən sonra vəzifədən uzaqlaşdırılması təsadüfi olmayıb... Ancaq bütün bunlara baxmayaraq, əgər bir gün bu “gənc, perspektivli, Qərb təhsilli kadr”ın himayədarlarının köməyi ilə yenidən hansısa vəzifəyə təyin olunduğunu görsək – heç də təəccüblənməyəcəyik...

C. Məmmədli
"AzPolitika.info"

Xəbər 1214 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +