İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


13.09.2021  12:44 

Vətən müharibəsi iştirakçıları və ailə üzvləri üçün metro pulsuz olmalıdır? - Açıqlama





A+  A-

"Bakı Metropoliteni" QSC-nin xidmətindən pulsuz istifadə etmək istəyənlərin sayı artıb.
XəzərNews.az-ın "Report"a istinadən məlumatına görə, Vətən müharibəsində iştirak edərək yaralanmış şəxslər, eləcə də həyatını itirmiş şəxslərin ailə üzvləri metro məsələsində güzəştli kateqoriyaya aid edilmələrini istəyirlər.

Hələ ki, bununla bağlı qərar yoxdur. Amma sözügedən şəxslərin bəzən metroya pulsuz minməyə cəhd etməsi halları olur. Bu da onlarla metro işçiləri arasında kiçik münaqişə yaradır.

Bununla bağlı "Report"un sorğusuna cavab olaraq “Bakı Metropoliteni”ndən bildirilib ki, ödənişsiz istifadə hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları qanunvericiliklə müəyyən edilib:

Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 2.1-ci bəndinin tələbinə görə sərnişinlər metropolitenin buraxılış mənətəqəsindən daxil olarkən gediş haqqı ödəməli və ya ödənişsiz keçid hüququ verən sənədi açıq şəkildə təqdim etməlidirlər.

Həmin şəxslərin siyahısı belədir.

- 7 yaşına qədər uşaqlar - Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;

- xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları - “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Güzəştlərin tətbiq edilməsini müəyyən edən hüquqi-normativ sənədlərin qəbulu, onlarda əlavə və dəyişikliklərin edilməsi “Bakı Metropoliteni”nin səlahiyyətlərinə daxil deyil. Metro nəqliyyatında sərnişindaşıma funksiyalarının təşkili və tənzimlənməsini həyata keçirən müəssisə kimi “Bakı Metropoliteni” qeyd edilən normativ-hüquqi aktların icrasını təmin edir.

Xəbər 2837 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +