İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


14.08.2018  14:28 

Azərbaycanda qədim qala aşkarlandı





A+  A-

İmişli rayonunda qədim qala aşkarlanıb.
XəzərNews.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri tərəfindən Qızıltəpə ərazisində ilk dəfə aparılan arxeoloji qazıntılar zamanı bir çox maddi-mədəniyyət nümunələri tapılıb.
Hətta Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Eyni zamanda müşahidələr zamanı qalanın digər tarixi abidələrlə perpendikulyar yerləşməsi müəyyənləşib. Bundan başqa, araşdırma zamanı hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.

Qalanın üst qatında aparılan qazıntı zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxıb. Həmçinin burada arxeoloqlar tərəfindən ilk dəfə rast gəlinən yaşı min ildən çox təndir, bununla bərabər, maddi-mədəniyyət nümuələri aşkar ediblər. Üzərində rəngli naxışlar olan, həmçinin əl işləri ilə döymələr vurulan bir çox məişət əşyası üzə çıxıb. Qazıntının ilk mərhələsi bu yerin orta əsrələrə aid olduğunu göstərsə də, arxeoloqlar hesab edir ki, dərin qatlarda daha qədim tarixə maik izlərə rast gəlmək olar.

Xəbər 1687 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +