Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə


08.08.2023  08:43 

Keçmiş deputat milyonlarla yeyintidə ittiham olunur





A+  A-

Keçmiş deputat Dünyamin Xəlilov həbsdə olduğu 8 il içində üçüncü dəfə mühakimə edilir. Əvvəlki ikisində olduğu kimi, bu dəfə də onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Avqustun 7-də o, məhkəmə önünə çıxarılarkən məlum olub ki, indiki hakim 2019-cu ildə ona 14 il 6 ay həbs hökmü çıxaran üç hakimdən biridir. İndiki prokuror da 4 il əvvəlki məhkəmədə dövlət ittihamçısı statusunda çıxış edibmiş.



XəzərNews.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, ancaq D.Xəlilov nə hakimə, nə də prokurora etirazını bildirib.

Hətta yazılı ərizəsi ilə də etirazının olmadığını təsdiqləyib. İşinə ədalətlə və obyektiv baxılacağına ümidini də dilə gətirib.

D.Xəlilov bu dəfə "Bakı Fındıq Emalı" MMC-nin keçmiş rəhbəri Azad Cavadovla birlikdə mühakimə olunur. O da həbsdə ola-ola, ikinci dəfə hakim önünə çıxarılıb. Hər ikisi Beynəlxalq Bankdan milyonlarla vəsaiti kredit adı ilə götürüb mənimsəməkdə suçlanır.

Prokurorluğun iddiasına görə, D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın ovaxtkı rəhbərliyinin göstərişlərini yerinə yetirərək tabeliklərindəki işçiləri bankın müxtəlif filiallarına göndəriblər. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilsə də, pullar həmin şəxslərin özünə verilməyib. Beləcə, kredit kimi götürülmüş, azı, 6 milyon 642 min manat ələ keçirilib.

D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın keçmiş rəhbəri, 2015-ci ildən həbsdə olan Cahangir Hacıyev ilə dost olublar. Onların hər ikisi daha öncəki məhkəmələrində də Beynəlxalq Bank işi üzrə bənzər ittihamlarla mühakimə edilirdi. İddia olunurdu ki, C.Hacıyev dostları ilə əlbir olaraq onların tabeliyindəki işçilərin adına kreditlər ayırıb və həmin pullar mənimsənilib.

C.Hacıyev də 2015-ci ildən bu yana iki dəfə mühakimə olunub. Birinci dəfə onunla birlikdə məhkəmə qarşısına çıxarılanlar arasında A.Cavadov da olub.

Həmin məhkəmənin sonunda C.Hacıyevə 15 il, A.Cavadova 10 il 6 ay həbs cəzası kəsilib.

2019-cu ildə ikinci dəfə D.Xəlilovla mühakimə olunan keçmiş bankirin cəza müddəti 16 il 3 aya yüksəldildi.

Sabiq deputatın özü ilk dəfə 13 il həbs cəzası almışdı. İkinci dəfə cəzası 14 il 6 aya qaldırılmışdı.

Onların heç biri özünü suçlu saymır və bildirirlər ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

Xəbər 1161 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +