“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?
Ruslar Odessanı “İsgəndər-M” raketi ilə vurdu


12.03.2025  12:27 

Mərkəzi Gömrük Hospitalında nə baş verir?





A+  A-

“İki ildir ki, dövlətin bizə verdiyi maaşı ala bilmirik. Əməkhaqqımız karta yüklənəndən sonra onu qeyri-qanuni olaraq əlimizdən alırlar”.

Bu iddia ilə “Qafqazinfo”ya Mərkəzi Gömrük Hospitalında çalışan həkimlər müraciət ediblər.

Şikayətçilərin sözlərinə görə, 2 il əvvəl rəhbərlik tərəfindən onlara maddi problemlərin olduğu və bu səbəbdən bir müddət maaşlarından tutulacağı bildirilib: “O zaman bizi topladılar və dedilər ki, Dövlət Gömrük Komitəsinin maddi durumu yaxşı deyil, Mərkəzi Gömrük Hospitalına tibbi alətlərin alınması üçün vəsait ayıra bilmir. Bunun üçün də biz həkimlər köməklik göstərməliyik. Dedilər ki, sizin xəstə əməliyyatı və müayinələrdən onsuz da qazancınız olur. Bir müddət sizin gömrükdən əlavə olunan maaşlarınız kartınıza oturduqdan sonra həkim kimi işləyib əldə etdiyiniz qazancdan çıxılacaq. Məsələn, bir həkim ay ərzində 10 əməliyyat edibsə və bütün vergi və xərclər çıxıldıqdan sonra 3 min AZN əməkhaqqısı varsa, gömrükçü dövlət qulluqçusu olduğu üçün də bir o qədər də gömrük maaşı olacaq. Bizə deyirlər ki, siz ancaq həmin o gömrükdən alacağınız pulu alın. Dövlətdən bizə nə qədər maaş, bayram, məzuniyyət pulu gəlirsə, hamısını hesablayıb qazancımızdan çıxırlar”.

Onlar sözügedən problemin bütün həkimləri əhatə etdiyini söyləyiblər: “Bu, Hospitalın qərarı deyil, Gömrük Komitəsi belə qərar verib. Əvvəlcə cəmi 6 ay müddətdə – maddi vəziyyət düzələnə kimi olacağı deyilsə də, artıq illərdir ki, davam edir”.

Şikayətlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Mərkəzi Gömrük Hospitalının əməkdaşlarına əməkhaqqı ödənişləri Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bütün həkim heyətinə vəzifə maaşları, məzuniyyət haqları, maddi yardım və mükafatlar vaxtında və tam həcmdə ödənilir”.

Qeyd edək ki, daha əvvəl Dövlət Gömrük Komitəsində işçilərin əməkhaqlarının aylardır ödənilməməsi, həmçinin əməkdaşların məzuniyyət hüquqlarının pozulması kimi hallarla bağlı da məlumatlar yayılmışdı.

Xəbər 274 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +