Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


11.03.2024  09:12 

Gürcüstan müxalifəti birləşir





A+  A-

Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın (VMH) sabiq sədri Nika Melia ilə müxalifyönümlü “Mtavari Arxi” telekanalının təsisçisi Nika Qvaramia siyasi ittifaq yaradırlar.

Xəzərnews.az "Sputnik Georgia"ya isitnadən xəbər verir ki, onların siyasi komandalarının martın 11-də Tbilisidəki hotellərdən birində görüşərək yekun qərarı elan edəcəkləri bildirilib.

Nika Melia 2023-cü ilin yanvarında sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının sədrliyindən uzaqlaşdırılıb.

Partiya daxilində elektron qaydada keçirilən səsvermədə Levan Xabeişviliyə məğlub olan Melia tərəfdarları ilə birlikdə VMH-dən uzaqlaşıb.

Əvvəllər həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin vəkili kimi çıxış etmiş Nika Qvaramia isə 2022-ci ilin mayında “Rustavi 2” işi üzrə həbs edilib. 2023 ilin iyununda Salome Zurabişvilinin əfv sərəncamı ilə azadlığa çıxan Qvaramia “Mtavari Arxi” telekanalının rəhbərliyindən istefa verərək siyasi fəaliyyətə başlayıb.

Hər iki lider hökumət əleyhinə, həmçinin Rusiya əleyhinə çıxışları ilə tanınır. Xatırladaq ki, bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Xəbər 1028 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +