Çörəyin çəkisi niyə azalıb?- VİDEO
Vəzifəli şəxslər məhkəmə zalında həbs EDİLDİ
Biznesmen Aydın Orucov təzminat ödəyəcək
Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu İTİRDİ
“Rus Evi”nin fəaliyyətinə xitam verildi
O insanlar da bizim qardaşımızdır - VHP sədri
Xətaidə “qadın türməsi“nin yerində nə tikilir?
Kolleclərdə “Müəllimlik” ixtisası ləğv EDİLİR
2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb edildi


06.02.2025  12:44 

O insanlar da bizim qardaşımızdır - VHP sədri





A+  A-

“Ölkəmizdə yaşayan azsaylı xalqlar Azərbaycan vətəndaşıdırlar və onlar öz ana dilində oxumaq istəyirlər. Heç kimin buna etirazı yoxdur. Azərbaycan qanunlarında da buna şərait yaradan müddəlar var. Udun dili də, Xınalıq dili də, tat, ləzgi, avar, talış, kürd dilləri də – bütün bunlar bizim sərvətimizdir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxış edib.

S.Rüstəmxanlı bildirib ki, bunlar Azərbaycanındır, bu torpaqda yaşayan insanların dilləridir:

O insanlar da bizim qardaşımızdır. Ona görə də onların dilinə maneçilik törətmək birbaşa dövlətə, dövlətçiliyə qarşı çıxmaq, dövlətin apardığı siyasətə qarşı çıxmaqdır. Mən nazir işləyəndə o dillərdə kitab da buraxmışam. Heç kim bunun qarşısını almaq istəmir və almaq da lazım deyil. Biz hətta bir kəndin dili olan xınalıqca kitablar buraxmışıq. O dilin qrammatikası öyrənilir, öyrənilməlidir. Azsaylı xalqların dilləri ancaq öz yaşadıqları bölgədə istifadə edilir. Ölkə boyunda işlənin dövlət dili var. Azərbaycan vətəndaşı olan hər kəs, etnik mənsubiyyətindən və sosial durumundan asılı olmayaraq Azərbaycan dilini mütləq bilməli və öyrənməlidir.”

Xəbər 163 dəfə oxunub.




06.02.2025  12:19 

Qar dənələri

06.02.2025  11:11 

Rusiyaya məxsus aerodrom vuruldu


BÜTÜN XƏBƏRLƏR +