Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev
Zelenski: “Ukrayna ləyaqətini itirmək riski ilə üz-üzədir”
Bakıda “Porsche“ belə yandı - VİDEO
Tapança, qumbara və tüfənglər götürüldü


21.11.2025  18:33 

Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...





A+  A-

Bu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Söhbət zamanı qeyd edilib ki, 14 noyabrda Azərbaycan tərəfindən Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı daxil olan müraciət səlahiyyətli Rusiya qurumları tərəfindən diqqətlə nəzərdən keçirilib. Rusiya tərəfi baş verən hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edir. Eyni zamanda, mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalar kompleksinə dəyən ziyan, böyük ehtimalla, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin qeyri-düzgün işi, güman ki, "Patriot" zenit-raket kompleksinin düşməsi nəticəsində baş verib.

Azərbaycan tərəfinə təkrarən məlumat verilib ki, xüsusi hərbi əməliyyatın keçirilməsi zamanı Rusiya Silahlı Qüvvələri qanuni hərbi hədəflərə zərbələr endirirlər və buraya Ukrayna müdafiə sənayesi obyektləri, eləcə də Kiyevdə yerləşən obyektlər daxildir. Zərbələrin planlaşdırılması zamanı mülki əhaliyə zərər dəyməsinin istisna edilməsi üçün döyüş məlumatlarının diqqətli şəkildə yoxlanılması həyata keçirilir və xarici ölkələrin diplomatik nümayəndəliklərin yerləşdikləri yerlər nəzərə alınır.

Sonrakı söhbət zamanı 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair qarşılıqlı öhdəlik təsdiqlənib. Yüksək səviyyədə təmasların cədvəli müzakirə edilib. İkitərəfli iqtisadi əməkdaşlığın inkişafında uğurlar, mədəni-humanitar əlaqələrin tam şəkildə bərpasının vacibliyi qeyd edildi.

Ayrıca olaraq regional mövzular, o cümlədən 2020-22-ci illərdə əldə edilmiş üçtərəfli yüksəksəviyyəli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Rusiyanın mümkün köməyi müzakirə edildi. "3+3" Regional Əməkdaşlıq Platformasının ritmik fəaliyyətinin dəstəklənməsi məsələləri də müzakirə edilib", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Xəbər 483 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +