“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


19.03.2025  13:00 

Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir





A+  A-

Tramp administrasiyası xərclərə qənaət edən bir seçim olaraq Avropada Müttəfiq Qüvvələrin Ali Baş Komandanı (SACEUR) vəzifəsinə ordu generalının təyin edilməsini ləğv etməyi düşünür.

XəzərNews.az xəbər verir ki, bu barədə NBC telekanalı Müdafiə Nazirliyinin iki nümayəndəsinə istinadən məlumat yayıb.

Məqalədə qeyd edildiyi kimi, təxminən 75 il ərzində NATO-nun Avropadakı hərbi əməliyyatlarına dörd ulduzlu ABŞ generalı nəzarət edib. Hazırda bu vəzifəni amerikalı general Kris Kavoli tutur.

2009-2013-cü illərdə bu vəzifədə olan təqaüdçü admiral Ceyms Stavridis qeyd edib ki, SACEUR-dan imtina NATO-da güc balansında böyük simvolik dəyişiklik olacaq.

"Birləşmiş Ştatların Avropadakı Müttəfiq Qüvvələrin Ali Baş Komandanı rolundan imtina etməsi siyasi səhv olardı. Biz NATO-da böyük həcmdə təsirimizi itirərdik və bu, Avropa tərəfindən Vaşinqtonun Alyansdakı iştirakını azaltmaq niyyətinin bariz siqnalı və ya daha çox, Birləşmiş Ştatların NATO-dan tamamilə çıxması istiqamətində ilk addım kimi qəbul edilə bilər", - o, NBC telekanalına deyib.



Xəbər 258 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +