“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib


08.01.2019  18:36 

Salyanda qəzada 4 nəfər yaralandı





A+  A-

Bu gün saat 16 radələrində yeni Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Çuxanlı kəndindən keçən 38-ci km-də 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Neftçala şəhər sakini, 62 yaşlı Ağalarov Mircəfər Mirəhməd oğlunun idarə etdiyi Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinə məxsus 47 AA 081 dövlət nömrə nişanlı “Renault“ markalı avtomaşın hərəkətdə olarkən sürücünün ani yuxuya getməsi səbəbindən yol nişanına dəyərək aşıb.

Hadisə nəticəsində avtomaşında olan Təhsil İşçiləri Həmkarlar Təşkilatının Neftçala rayon şöbəsinin sədri, 62 yaşlı Asudə Həsən qızı Cəfərova, təşkilatın mühasibibi və eyni zamanda, Neftçala Qadın Resurs Mərkəzinin sədri 51 yaşlı Gülqədəm Abduləli qızı Mirzəzadə və sürücünün həyat yoldaşı - 62 yaşlı Mirvari Mirəhməd qızı Ağalarova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqlarından Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Asudə Cəfəovanın verdiyi məlumata görə, onlar Bakı şəhərində təşkilatın hesabatını verib qayıdırmışlar.

Xəbər 1405 dəfə oxunub.



22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +