Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


31.07.2025  13:55 

Abdullah Zubir Azərbaycanda ilkə imza atdı





A+  A-

"Qarabağ"ın futbolçusu Abdullah Zubir avrokuboklarda 100-cü oyununu keçirib.

XəzərNews.az xəbər verir ki, 33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn"la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib.

O, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız "Qarabağ"ın formasını geyinib.

Yarımmüdafiəçi Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.

Zubir klublarımızın heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu "100"ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.

Xəbər 863 dəfə oxunub.



26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +