Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


05.10.2020  12:35 

İbtidai sinif şagirdləri bu həftədən 3 gün dərsə gedəcəklər





A+  A-

Oktyabrın 5-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri həftədə 3 dəfə əyani təhsilə cəlb ediliblər.
Təhsil Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bununla da onların əyani formada dərs saatları 8-dən 10 və ya 11 saata (həftəaşırı) qədər artıb. Bu, siniflər 2 yarımqrupa bölündüyü halda hər yarımqrupa düşən əyani dərslərin sayıdır. Sinifdə sosial məsafəni qorumaq mümkündürsə, şagirdlər yarımqruplara bölünmür, bu zaman 12 və ya 13 saat əyani dərs alırlar.

Yeni normalara əsasən, ölkənin digər regionlarında yerləşən və şagird sayı 200-dən az olan məktəblər bu həftədən ibtidai təhsil səviyyəsində ənənəvi formada, yəni həftədə 5 dəfə olmaqla bütöv sinif komplektində oxuya bilərlər. Bu zaman məktəb rəhbərliyi sinifdə sosial məsafənin gözlənilməsini əsas meyar götürərək qərar verməlidir. Hazırda şagird sayı 200-dən az olan və sinifdə şagird sıxlığı sosial məsafəni gözləməyə imkan verən ümumi təhsil müəssisələrinin sayı 1700-ə yaxındır. Şagird sıxlığı epidemioloji vəziyyətin tələb etdiyi normaya uyğun olmadığı region məktəblərində əyani formada dərslər həftədə 3 dəfə olmaqla davam edəcək.

Xəbər 2666 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +