Azyaşlı qızı döyüb videoya çəkdilər
Bank kartlarından 41 048 manat oğurlandı - Son iki gündə...
Üç sahibkarın 4 milyon manatını ələ keçirdi... - Məhkəmə
İntiqam Babayev işdən çıxarıldı
Qadın hərbçimiz qəzada öldü - Kəlbəcərdə
Bir nəfər Milli Parkda dənizə düşüb
Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia
Müdafiə Nazirliyi cavab verdi: Yalandır...
Şimşək çaxacaq, leysan yağacaq... - Sabahın havası
Nobel mükafatçısı vəfat etdi


15.02.2019  12:57 

Universitetlərdə təqaüd yerləri 30 faiz artacaq





A+  A-

"Bütün təhsil pilləsi və səviyyələrində nəzərdə tutulan təqaüd məbləğləri əhəmiyyətli dərəcədə artırılır. 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü orta hesabla 20 faiz artacaq".
XəzərNews.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlara dair mətbuat konfransında deyib.

Nazir bildirib ki, "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulur.

C.Bayramov qeyd edib ki, sərəncamla ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 30 faiz artacaq. Bu da öz növbəsində ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısını artıracaq və müvəffəqiyyət göstəriciləri nümayiş etdirmiş tələbələrə təqaüd almaları üçün əlavə imkanlar yaradacaq.

2016-cı ildə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, təqaüdlərin ödənilməsi yalnız dövlət sifarişi əsasında təhsil alan tələbələrə deyil, eyni zamanda ümumi orta müvəffəqiyyət göstəricisi və fənlər üzrə akademik nailiyyətləri nəzərə alınmaqla ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil edilib.

Bu sərəncamlar üzrə əlavə maliyyə vəsaitinin məbləği 25 milyon manat təşkil edir.

Xəbər 1476 dəfə oxunub.




14.04.2025  13:05 

Nobel mükafatçısı vəfat etdi

14.04.2025  12:54 

Azərbaycanda bloger həbs edilib

14.04.2025  11:46 

Siqaretlər yenidən bahalaşıb

13.04.2025  11:57 

Ölkədə faktiki hava açıqlandı


BÜTÜN XƏBƏRLƏR +