Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


07.04.2018  11:32 

Sərhəddə narkotika tutuldu





A+  A-

İrandan Azərbaycanda narkotik keçirmək istəyən şəxs Biləsuvar gömrük postunda saxlanılıb.
XəzərNews.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı vətəndaşın alt geyimində 4 bükümdə xalis çəkisi 0,682 qram olan narkotik vasitə - heroin, 5 bükümdə və 17 ədəd kiçik ölçülü plastik çubuqlarda isə ümumi xalis çəkisi 3,204 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Bundan başqa, vətəndaşın üzərində 5 ədəd klonazepam adlı həblər, 96 ədəd həb və 29 ədəd kapsul şəklində isə preqabalin adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, klonazepam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Aşkar edilən 5 ədəd həbdə klonazepamın təsiredici maddəsinin ümumi miqdarı 0,005 qram, 96 ədəd həbdə və 29 ədəd kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı isə 18,3 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1751 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +