Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


15.04.2025  19:18 

Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?





A+  A-

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində baş verən qanunsuzluqlar - korrupsiya və rüşvətlə bağlı son vaxtlar yayılan məlumatlar deyəsən, yavaş-yavaş təsdiqini tapmaqdadır. Hər halda artıq bununla bağlı az da olsa, mediaya rəsmi məlumatlar sızır.

Elə götürək, "Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nı.

Sənəddə bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

Qeyd olunur ki, DTX-dan daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Aydındır ki, məsələyə DTX qarışıbsa, demək ortada ciddi qanun pozuntuları olub və hazırda bu məsələ hərtərəfli araşdırılır.

Bəs, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində nələr baş verib? Oradakı qanun pozuntuları nədən ibarətdir?

Qeyd etdiyimiz kimi, hələlik istintaq getdiyi üçün bu suala konkret cavab vermək mümkün deyil. Amma həm Naxçıvan sakinlərinin şikayətləri, həm muxtar respublikanın rəhbərliyi və tibb camesəinin narazılıqları, eyni zamanda mediada yayılan məlumatlar əsasında müəyyən fikir və ehtimallar səsləndirmək mümkündür.

Bu narazılıq və şikayətlərin ünvanı isə əksər hallarda Naxçıvan Muxtar Respublikasının hazırki səhiyyə naziri Samiq Sadıxovdur.

Qeyd edək ki, 38 yaşı olmasına rəğmən, nazır karyerasında sürətlə irəliləyib. Belə ki, Samiq Sadıxov 2010-cü ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini, 2010-2011-ci illərdə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında internatura təhsilini başa vuraraq həkim-oftalmoloq ixtisasına yiyələnib. 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq kimi başlayıb, 2016-2017-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında bölmə müdiri, həkim-oftalmoloq kimi fəaliyyət göstərib. 2015-2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində müəllim kimi fəaliyyətini davam etdirib.

Cəmi 3 ildən sonra - 2017-ci ildə isə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin olunub. 2020-2023-cü illərdə Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışıb.

Əlbəttə, onun vəzifə pillələrində bu cür sürətlə irəliləməsində Ali Məclisin keçmiş sədri Vasif Talıbovun həlledici rolu olub. Vasif Talıbovdan sonra isə o, hansısa yollarla əvvəlcə səhiyyə nazirinin birinci müavini, daha sonra - 2024-cü il mayın 31-də isə səhiyyə naziri vəzifəsinə təyin edilib.

Samiq Sadıxov nazir təyin olunduqdan sonra muxtar respublika hökumətinin qərarına zidd gedərək, Ailə Sağlamlıq Mərkəzlərinı Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) deyil, Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyinə keçirib və büdcə üçün əlavə lazımsız xərclər yaradıb.

Qeyd olunur ki, oxşar vəziyyət Təcili Yardım Mərkəzi, Diaqnostika Mərkəzi (əksər yeyintilər demək olar bu müəssisə üzərindən həyata keçirilib), Naxçıvan Şəhər Poliklinikası üçün də xarakterikdir. Naxçıvanda İcbari Tibbi Sığorta Agentliyi (İTS), Tibb Müəssisələrinin İdarəetmə Birliyi müstəqil qurumlar olmağına baxmayaraq, muxtariyyətin səhiyyə naziri tərəfindən idarə olunub.

O da qeyd olunur ki, Samiq Sadıxovun yaxınları, ailə üzvləri Naxçıvan İTS və Naxçıvan TMİB-də müxtəlif vəzifələrdə çalışırlar.

Ən ciddi qanunsuzluqlardan birinin isə Ailə Sağlamlıq Mərkəzlərinin Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində müstəqil qurum olmalarına baxmayaraq, əmək haqqını TMİB-in büdcəsindən almasıdır.

Bundan başqa, nazirin vəzifə imkanlarından istifadə edərək, Naxçıvan Sağlamlıq Mərkəzinə guya tibbi aksiya keçirmək adı altında özəl klinikalardan "uzman"lar dəvət etdiyi və bu yolla xeyli qazandığı da bildirilir.

Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşının kəsilməsi də yerli əhalinin ciddi narazılığına səbəb olan məsələlərədn biridir. Buna isə məhz elə Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasının səbəb olduğu deyilir. Belə anlaşılır ki, nazirlik üzə çıxan yeyintini işçilərin maaşı ilə doldurmaq istəyib.

Nazirin ən ciddi maxinasiyaları isə təbii ki, Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibb Müəssisələrinin İdarəetmə Birliyi ilə əlbir olub, milyonlarla manatı mənimsəməsi ehtimalıdır. Hesablama Palatasının auditinin də məhz bu istiqamətdəki qanunsuzluqlara fokuslandığı anlaşılır.

Beləliklə, söhbət böyük bir regionda İTS-in ayırdığı milyonlarla manatı qanunsuz yollarla mənimsəməkdən gedir. Bu isə nazir üçün olduqca qaranlıq perspektiv vəd edir: o, ən azı vəzifədən gedəcək. Qanunsuzluqların miqyası deyildiyindən daha böyükdürsə, buna həbs cəzası da əlavə oluna bilər...

Zaur, BakuPost

Xəbər 147 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +