“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


16.02.2021  17:18 

Magistraturaya sənəd qəbulu: 13857 bakalavr ərizəsini təsdiqləyib





A+  A-

Magistraturaya sənəd qəbulu davam edir. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən XəzərNews.az-a bildirilib ki, 16 fevral saat 17:10-a olan məlumata əsasən 13857 bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi - 12632; rus bölməsi - 1225)


Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə aşağıdakı linkə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

(http://eservices.dim.gov.az/erizemag/erize)

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.

Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılır.

Xəbər 2580 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +