“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


13.02.2021  18:26 

Bu işəgötürənlərə xəbərdarlıq edildi





A+  A-

Dövlət Əmək Müfəttişliyi Xidməti icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə müraciət edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XəzərNews.az-a bildirilib ki, nazirliyin müraciəti işçilərlə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələri bağlamayan, bağlanılmış müqavilələrin sığorta haqqını ödəməyən işəgötürənlərə ünvanlanıb.

Bildirilib ki, 2020-ci il ərzində bəzi işəgötürənlərin icbari sığorta müqaviləsi bağlasa da, sığorta haqqını ödəmədiyi, bu səbəbdən sığorta şirkəti tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verildiyi müəyyən olunub.

Bununla əlaqədar həmin işəgötürənlərə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən müvafiq xəbərdarlıq edilib.

Həmçinin, onlara icbari sığorta müqaviləsi olmayan işçilərlə bağlı məlumatlar təqdim edilməklə, qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir.

Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.

İnzibati xətalar qanunvericiliyinə əsasən, qeyd olunan icbari sığorta müqavilələrini bağlamayan işəgötürənlərin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulub.

Xəbər 2135 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +