“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


22.10.2019  12:09 

Sabah 25 dərəcə isti olacaq





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 oktyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 1780 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +