“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


17.02.2018  12:54 

“DəmirBank”ın əmanətçilərinə 38 milyon kompensasiya ödənilib





A+  A-

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə davam edir.
Fondun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, fevralın 17-dək əmanətçilərə nağdsız qaydada 38 milyon manatdan artıq kompensasiya ödənilib.

Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Kompensasiyaların ödənilməsi prosesinə 1 fevraldan başlanılıb. Qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində “KapitalBank” ASC-nin 26 filialına müraciət edə bilərlər.

Xəbər 1795 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +