“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


16.02.2018  15:37 

964 ton balıq ovlanıb





A+  A-

Dövlət Statistika Komitəsi balıq ehtiyatlarının mühafizəsi və ondan səmərəli istifadə ilə bağlı statistik məlumatları açıqlayıb.
XəzərNews.az xəbər verir ki, açıqlamaya görə, balıq və digər su bioloji resurslardan istifadə qaydalarına müvafiq olaraq, ölkədə 2017-ci ildə 136 hüquqi və fiziki şəxsə balıq ovu üçün verilmiş 1024,9 ton kvotaya qarşı 964,9 ton balıq ovlanıb. 2016-cı illə müqayisədə 2017-ci ildə 30,5 faiz çox balıq ovlanıb. Ovlanmış balığın 559,1 tonu kilkə, 100,1 tonu kütüm, 74,9 tonu siyənək, 59,1 tonu kefal, 49,8 tonu külmə, 36,9 tonu çəki, 30,9 tonu çapaq, 24,7 tonu dabanbalığı, 5,6 tonu şamayı, 23,8 tonu digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün 41,1 min manat ödənilib.

Xəbər 1828 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +