İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


14.09.2021  17:42 

Ürəyin zəifləməsinin 5 səbəbi - ƏLAMƏTLƏRİ





A+  A-

Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30 yaşından sonra artıq zəifləməyə və qocalmağa doğru gedir.
XəzərNews.az Medicina.az-a istinadən zəif ürəyin 5 səbəbini təqdim edir.

Birinci geniş yayılmış səbəb – müntəzəm olaraq təzyiqin qalxması və 140/90 və daha yüksək qalmasıdır. 50 yaşdan yuxarı hər 3 şəxsdən biri hipertonikdir. Çox adam isə gün ərzində təzyiqinin neçə olmasını bilmir. 140 təzyiq zamanı insan özünü normal hiss etsə də, ürək üçün bu təzyiq yükdür və onu sıradan çıxarır. Yüksək təzyiqlə barışmaq və onunla mübarizə aparmamaq gələcəkdə insult və infarktla üz-üzə qalmaqdır.

İkinci səbəb – miokardın infarktı. Koronar arteriyaların trombozu infarktın əsas səbəbidir. Hazırda kardioloji əməliyyatlarla infakrkta gəlib çatmadan damarların açılması, şuntlanması və stendlənməsi xəstələri xilas edir və ayağa qaldırır. Ona görə də 45 yaşdan sonra ürək damarları 2-3 ildən bir yoxlanmalıdır. Yüksək xolesterin və təzyiq bu damarları tutur.

Üçüncü səbəb
– ürəyin əzələsinin virus zədələnməsi: miokardit. İstənilən virusdan – qrip, respirator, indiki halda koronavirus, herpes və s.-dən ürək zədələnə bilər. Ona görə də qrip və xəstəliklər zamanı yataq rejiminə əməl etməli, çox gəzmək, işləmək, idman etmək olmaz. Hər qripdən sonra mütlər ürəyi EKQ etdirmək lazımdır.

Dördüncü səbəb – klapanların revmatizm, müxtəlif bakterial infeksiyalardan və stenozdan zədələnməsi. Bunun qarşısını almaq üçün revmatizm zamanı ürəyi diqqətdə saxlamaq, kardioloq müalicəsini almalı, ürəyi daim müayinə və müalicə etdirmək lazımdır.

Beşinci səbəb – Ürəyin toksiki zədələnməsi, yəni zəhərlənməsi. Bu içkidən və müxtəlif dərmanlardan ola bilir. Uzun müddət içki içənlərdə ürək əzələsi qocalır, ürək ölçüsü böyüyür, kardiomiopatiya baş verir.

Bu problemlər zamanla gizli gedə, heç bir əlamət verməyə bilər. Ürəyiniz hələ normal ikən, onu vaxtında yoxladıb, müalicə etdirməlisiz.

Xəbər 1932 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +