Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub
DİN vətəndaşlara müraciət edib...- Növbəti dəfə
Hafiz Həsənov ev dustağı oldu


16.02.2024  21:18 

“Paşinyan qanunsuz olaraq hakimiyyətdədir” -Edqar Kazaryan





A+  A-

“Paşinyan qanunsuz olaraq hakimiyyətdədir”.

Xəzərnews.az xəbər verir ki, bunu “Birgə” hərəkatının üzvü Edqar Kazaryan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bütün problemlərin həllini 20 fevral mitinqindən gözləmək lazım deyil. Amma bu mitinq Nikol Paşinyanın istefasını tezləşdirəcək gələcək siyasi aksiyaların əsasına çevrilməlidir.

Kazaryanın sözlərinə görə, məntiqi baxımdan Paşinyan öz istəyi ilə hakimiyyətdən getməlidir. Lakin bu, baş verməsə, onun iradəsindən asılı olmayaraq qərarlar qəbul olunmalıdır:

“Burada iki mexanizm var. Birincisi, o, törətdiyi cinayətlərə görə təqib olunmalıdır və hüquq-mühafizə orqanları hərəkətə keçməlidir. Lakin güc strukturları hazırda Paşinyanın nəzarətindədir. İkincisi, deputatlar tərəfindən Paşinyana qarşı etimadsızlıq səsverməsi baş tutmalıdır. Paşinyanın qanunsuz hakimiyyətdə olması ilə bağlı əlimizdə faktlar var. Ermənistan parlament ölkəsidir. Ermənistanın heç bir vətəndaşı Paşinyanı Baş nazir seçməyib. Vətəndaşlar partiyaları, yəni onların təqdim etdikləri proqramları seçiblər”.

“Paşinyan hökuməti 2021-2026-cı illəri əhatə edən proqram hazırlayıb və təsdiq üçün parlamentə təqdim edib. Bu proqram qəbul edilib və qanuni qüvvəyə malikdir. İndi hökumət proqramın icrasından imtina edib və parlament etimadsızlıq səsverməsinə təşəbbüs göstərməlidir. Əgər bu, baş vermirsə, deməli xalq aldadılıb”, – deyə Kazaryan bildirib.//Globalinfo.az


Xəbər 1165 dəfə oxunub.




22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +