Azərbaycanlı xanım ETTELAAT-a çağırıldı
AFFA “Kəpəz” klubunu cərimələyib
Putin Trampla görüşə hazırdır - Lavrov
Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir?
Bu FOTO hamını göz yaşlarına boğdu
Hansı məhsullar bahalaşıb?
Putin sülhə hazırlaşmır... - ZELENSKİ
TƏBİB-in sistemi çökdü: Xəstəxanalarda ajiotaj
O bir Azadlıq carçısı idi
Rusiya Krivoy Roqa raket zərbəsi endirdi


12.02.2025  13:11 

Niyə məhz Fidan-TN MMC qalib gəlir?





A+  A-

Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsi 2025-ci ilin fevral ayının 4-də ""Kamaz” və "Maz” markalı xüsusi təyinatlı avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, avtoşin, akkumulyator batareyaları və sürtgü yağlarının satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 182.926 manat təşkil edib.

Tenderdə Fidan-TN MMC qalib elan edilib.

Fidan-TN 2006-cı ildə təsis edilib. 4 manat nizamnamə kapitalı olan bu şirkətin maddi-texniki bazası, faktiki ünvanı barədə internet resurslarında məlumat yoxdur.

Fidan-TN şirkəti Sanitariya və Teniki Təmizlik İdarəsinə yad təşkilat deyil. Belə ki, Fidan-TN şirkəti 2019-cu ildən müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin tenderlərində qalib elan edilir.

Şirkət indiyədək İdarənin ümumilikdə 1.685.543 manatlıq tenderində qalib olub.

Fidan-TN MMC-nin qanuni təmsilçisi Hüseynov Ələsgər Calal oğludur. Ələsgər Hüseynovun Masallı rayonunun Həsənli kəndindən olduğu deyilir.

FİDAN-TN şirkətinin müntəzəm olaraq Sanitariya və Teniki Təmizlik İdarəsinin sifarişçi olduğu satınalmalarda qalib elan edilməsi məsələsinə Bakı Şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.

Sanitariya və Teniki Təmizlik İdarəsində Hesablama Palatasının audit aparıb-aparmaması barədə quruma müraciət etdik.

Hesablama Palatasının cavabında deyilir:

"Bildiririk ki, Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2022-2024-cü illər ərzində Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsində auidit həyata keçirilməmişdir".

Qeyd edək ki, Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Teniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovdur./Qlobal.az





Xəbər 440 dəfə oxunub.




12.02.2025  15:24 

Narkoloji Dispanserdə ölüm

12.02.2025  12:43 

Sabah Bakıda yağış yağacaq

12.02.2025  12:39 

Hansı məhsullar bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +