Separatçıların məhkəməsi keçirilir
Leysan yağacaq, şimşək çaxacaq - Bakıda hava
Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?
BMT İP Azərbaycanda fəaliyyətini dayandırdı
Azər Qasımovun xanımı işdən çıxdı
Rusiya - Ukrayna müharibəsi tezliklə bitməyəcək - Vens
Baş nazir yeni qərar imzaladı
Sabiq polis məhkəmə zalında həbs olundu: 2.5 milyonluq dələduzluq
Hər 100 turistin 77-i paytaxtda qalır - Səbəb?
Bu şirkətin külli miqdarda vergi borcu yaranıb


01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı





A+  A-

Hesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb.

XəzərNews.az bu barədə Palataya istinadən xəbər verir.

Auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş Komitə üzrə 408395,77 manat, Fond üzrə 99338,9 manat, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işlərinə görə Komitə tərəfindən 26277,0 manat ödənilib.

Komitə tərəfindən "Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması” ilə bağlı müqavilə üzrə günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına 69625,70 manat artıq vəsait ödənilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildə 1874999,98 manat xərc artıq tanınıb, “Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri” maddəsində 421969,0 manat, həmçinin “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın “Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri” maddəsində 2022-ci il üzrə 426493,49 manat, 2023-cü il üzrə 364119,0 manat məbləğlər artıq təqdim olunub.

Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcə silinmiş 266.940,0 manat, 2023-cü ildə isə 209.804,0 manat dəyərində olan “Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxları"nın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilib. Eyni zamanda, Fond tərəfindən inventarizasiya zamanı artıqgəlməsi müəyyən edilmiş dəyəri 13495,65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskikgəlməsi müəyyən edilmiş ilkin dəyəri 50152,50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyyən edilərək və 59877,32 manat olan 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb.

Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə izlənməsi davam edir.

Xəbər 756 dəfə oxunub.




02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +