Ramazan ayının 25-ci günü
Parisdə Novruz qeyd olundu - Foto
Qəzada ölən soydaşımızın yaxınları axtarılır
İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət
Ermənidən daha çox ermənilik edən azərbaycanlı kimdir?
İtkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
Sabah hava necə olacaq?
Əli Əhmədova ağır itki üz verib
“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq


22.11.2022  14:40 

Xerson əhalisi köçürülür





A+  A-

Ukrayna hökuməti işğaldan azad edilmiş Xerson sakinlərini ölkənin daha təhlükəsiz bölgələrinə təxliyə etməyi təklif edir.

XəzərNews.az xəbər verir ki, bu barədə müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk Telegram kanalında məlumat verib.

"Mən Xerson əhalisinə müraciət edirəm. Xüsusilə, həssas kateqoriyalara aid vətəndaşlara: uşaqlı qadınlara, qocalara, xəstələrə və hərəkət imkanları məhdud olanlara. Şəhərdəki çətin vəziyyəti və infrastruktur problemlərini nəzərə alaraq, siz evakuasiya oluna bilər, qışı ölkənin daha təhlükəsiz bölgələrində keçirə bilərsiniz. Hökumət Krivoy Roq, Nikolaev və Odessaya pulsuz evakuasiya təklif edir, bundan sonra Kirovohrad və Xmelnitski vilayətlərinə və Ukraynanın digər qərb vilayətlərinə mümkün köçürmələr mümkündür”, - deyə İrina Vereşçuk yazıb.

Vereşçukun sözlərinə görə, məcburi köçkünlərə sığınacaqlarda pulsuz yerləşdirmə, humanitar yardım, yemək və tibbi yardım göstəriləcək:

"Sizlərə həmçinin məcburi köçkün (məcburi köçkün) haqqında şəhadətnamələrin alınmasına, dövlət və beynəlxalq təşkilatlardan müvafiq maliyyə yardımlarının alınmasına da köməklik göstəriləcək. Xersonda Azadlıq Meydanında şəxsən qeydiyyatdan keçərək evakuasiya olunmaq istəyinizi bildirə bilərsiniz. Siz həmçinin Xerson OVA-nın "Qaynar xətti"nə zəng edə, könüllülər təşkilatının “Çıxmağa kömək” qərərgahına da məlumat verə və ya Reinteqrasiya Nazirliyinin gecə-gündüz işləyən qaynar xəttinə (qısa nömrə 15-48) müraciət edə bilərsiniz".

Qeyd edək ki, son üç ayda aktiv hərbi əməliyyatların aparıldığı ərazilərdən 288 mindən çox insan təxliyə edilib ki, onlardan da 60 mini uşaq, 7,5 mini isə əlildir.

Ukraynanın 15 regionunda müvəqqəti yaşaması üçün 1 milyondan çox yer ayrılıb.

Xatırladaq ki, noyabrın 11-də Ukrayna hərbçiləri Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk günlərində işğal olunmuş Xersona daxil olublar.

Rus işğalçıları şəhərdən geri çəkilməzdən əvvəl televiziya mərkəzini və qazanxanaları partladıblar.

İsmayıl
XəzərNews.az


Xəbər 969 dəfə oxunub.




24.03.2025  20:41 

Ramazan ayının 25-ci günü

24.03.2025  18:57 

Parisdə Novruz qeyd olundu - Foto

24.03.2025  13:00 

Sabah hava necə olacaq?

23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub


BÜTÜN XƏBƏRLƏR +