“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


15.09.2021  13:26 

Ramiz Mehdiyevin gəlininin bankı məhkəməyə verildi





A+  A-

Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəzarətində olan "Bank BTB” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib.
XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Mustafayev Elnur Akif oğlu adlı şəxs Bakı Kommersiya Məhkəməsində sözügedən bank barəsində iddia qaldırıb. Açıq mənbələrdə işin mahiyyəti barədə məlumat yoxdur. İddia hakim Fərrux Qasımovun icraatındadır.

"Bank BTB" ASC-nin üç səhmdarı var:

1. Mehdiyeva Nigar İsmayıl qızı - 75%
2. Sadiq Rza İsmayıl oğlu - 19%
3. Mahmudova Tükəzban Ağa qızı - 6%

Nigar Mehdiyevanın Ramiz Mehidyevin gəlini olduğu bildirlir. Bu barədə mediada dəfələrlər yazılıb və qarşı iddiaları təkzib etməyib.

Nigar Mehdiyeva həm də "Bank BTB”nin digər səhmdarı Rza Sadiqin bacısıdır. Məlumatlara görə, onlar Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun övladlarıdır. İsmayıl Sadıqov 2018-ci ildə tutduğu vəzifədən azad edilib.

Ramiz Mehdiyevin gəlini olduğu bildirilən Nigar Mehdiyeva "Digital Media” MMC-nin də təsisçilərindən biridir. MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə "Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını "Digital Media” MMC-nin "digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət "Media FM” radiosunun sahibidir.

Xəbər 6563 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +