“Nimesil“in satışı qadağan edildi
Trampdan ŞOK qərar: İdxala 25 faizlik rüsum
Hikmət Hacıyev İranda səfərdədir
Əhalinin banklara nə qədər kredit borcu var?
Poltavada ölənlərin sayı 7-yə çatıb, 14 yaralı var
Vəkil Adəm Məmmədovla bağlı 30 minlik İDDİA
Məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı
Seçki bitdi, şikayətlər isə bitmir...
Məntəqədə çəkiliş aparıla bilərmi?
Almaniyanın keçmiş prezidenti öldü


18.03.2021  18:06 

“Sirlər xəzinəsi” adlı intellektual müsabiqə elan olunub





A+  A-

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondu "GəncApp” mobil tətbiqi üzərindən "Sirlər xəzinəsi” adlı intellektual müsabiqəyə start verir.
Nazirlikdən XəzərNews.az-a bildirilib ki, il ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir.

Müsabiqəyə 16-29 yaş arasında bütün gənclər qatıla bilərlər.

İlk müsabiqə 17-21 mart tarixlərini əhatə edir. Bu müddətdə hər gün "GəncApp” mobil tətbiqi vasitəsilə iştirakçılara 1 sual-bildiriş göndəriləcək. Müsabiqənin yekununda ən çox xal toplayan 3 gənc qalib seçilərək mükafatlandırılacaq.
Müsabiqədə iştirak etmək üçün "GəncApp" mobil tətbiqini həm "Android”, həm də "iOS” əməliyyat sistemli mobil telefonlar üçün yükləyə bilərsiniz.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsinə dair Tədbirlər Planı” çərçivəsində Nizami Gəncəvi irsinin gənclər arasında müasir texnoloji vasitələr, rəqəmsal platformalar, sosial media alətləri vasitəsilə təbliği məqsədilə həyata keçirilir.
Müsabiqə barədə ətraflı məlumat http://mct.gov.az/az/elanlar/137 linkində yerləşdirilib.

Xəbər 6834 dəfə oxunub.




01.02.2025  18:12 

Azərbaycanda ZƏLZƏLƏ OLDU


BÜTÜN XƏBƏRLƏR +