Leysan Məmmədov icraçı direktor təyin olundu
Plastik cərrahların sənəd qəbulu DAYANDIRILDI
“Roşka“ yenidən həbs EDİLDİ
Ağcabədidəki partlayışla bağlı cinayət işi açıldı
Yeni yol və körpülər harda salınır?
“Stimul Hospital“ın adı ölüm işində hallanır - ŞİKAYƏT
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur”
Elisaşvili Əli Babayevə qarşı iddia qaldırıb
İş vaxtı, istirahət günləri və maaş necə dəyişəcək?
Ağcabədidə evdə qumbara partladı: 5 nəfər ÖLDÜ


31.01.2025  10:52 

Yeni Dövlət Proqramı Bakıda sıxlığı azaldacaqmı?





A+  A-

Azərbaycan Prezidenti “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqramın məqsədi Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir. Bu baxımdan proqramıın icrası nəticəsində şəhərdaxili sıxlığın azaldılması və ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artırılması hədəflənir.

Proqramda diqqəti çəkən əsas məqamlardan biri nəqləiyyat infrastrukturunun inkişafı zamanı səmərəlilik, təhlükəsizlik və ekoloji meyarların nəzərə alınmasıdır. Proqram ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsini və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini (yeni avtomobil yollarının tikintisi, müxtəlif səviyyəli yol qovşaqlarının inşası, avtobus zolaqlarının çəkilməsi) özündə ehtiva edir.

Proqrama əsasən, yeni yolların çəkilməsi, ictimai nəqliyyatın səmərəliyliyinin artırılması, mobilliyinin gücləndiriılməsi kimi tədnbirlər ilə yanaşı piyadalar üçün infrastrukturun gücləndirilməsi nəzərdə tutulur. Bu özünü metro sisteminin genişləndirilməsində də göstərəcək. Bu sahədə 20 ədəd sərnişin qatarının alınması və “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması kimi tədbirlər də nəzərdə tutulur.

Proqram infrastrukturun genişləndirilməsi ilə yanaşı tıxac və sıxlığın azaldılmasına xidmət edən keyfiyyət tədbirlərini də nəzərdə tutur. Belə ki, uzun müddət müzakirə edilən dəyişkən iş qrafikinin tətbiqi həyata keçiriləcək. Proqrama əsasən, dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili reallaşacaq. Bu fərqli saatlarda iş başlama və iş vaxtının bitməsi anlamına gəlir.

Eyni zamanda, inkişaf etmiş ölkələrdə olan kimi “məktəb avtobusları”ndan istifadə də nəzərdə tutulur. Hazırda “məktəb avtobusları”ndan az sayda məktəblər istifadə edir. Qiymətləndirmələr göstərir, sistemli şəkildə “məktəb avtobusları”ndan istifadə olunmaması tıxacaq yaradan səbəblərdən biridir.

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin davamlı olaraq inkişaf etdirilməsi və həmin Sistemin respublikanın digər böyük şəhərlərində tətbiqi məqsədilə tədbirlər görülməsi də nəzərdə tutulur. Bu o deməkdir ki, yalnız Bakıda deyil, digər iri şəhərlərdə də smart nəqliyyat sistemi formalaşacaq. Bütövlükdə, dövlət proqramı Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun sistemli və mərhələli şəkildə təkmilləşdirilməsini nəzərdə tutur.

Vüqar Bayramov
Millət vəkili


Xəbər 231 dəfə oxunub.




31.01.2025  17:38 

“Roşka“ yenidən həbs EDİLDİ

31.01.2025  17:08 

Yeni səfir Bakıya gəldi

31.01.2025  15:58 

İlham Əliyev sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +