Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff


03.05.2021  12:56 

Ermənistan vətəndaşları işləmək üçün kütləvi şəkildə Rusiyaya qaçırlar





A+  A-

Ermənistanın 30 illik müasir müstəqillik dövründə asudə və tox illəri barmaqla sayılacaq qədərdir.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Moskovskiy Komsomolets” nəşrində dərc olunan məqalədə bildirilir.

1990-cı illərin əvvəllərində Ermənistanın əhalisi təxminən 3,5 milyon nəfər idi. Hazırda onların sayı 2,9 milyona düşüb.

Eyni zamanda, insanların çoxu dövlət üçün işləyir: məmurlar, həkimlər, müəllimlər və s. Təxminən 150-200 min sakin kənd təsərrüfatı ilə məşğul olur.

“Bir çox fermer Qarabağ uğrunda müharibədəki məğlubiyyətdən sonra mal-qarasını itirəcəklərindən narahatdır, çünki onları otaracaq bir yer olmayacaq. Əvvəllər bunu Qarabağda edirdilər, amma indi bu bölgələr Azərbaycanın nəzarətinə qayıdıb... Üstəlik, Ermənistanda ətdən başqa hər şey bahalaşıb”, - deyə yerli sakin Qevorq bildirib.

Ermənistanın əmək qabiliyyətli əhalisinin qalan hissəsi əmək miqrasiyasına yollanıb. Məsələn, respublikanın Şirak bölgəsində, yetkin kişilərin təxminən 70 faizi Rusiyada işləyir. Qadınlar uşaqlarını böyütmək və evə baxmaq üçün qalır. Ailələr qışda yalnız iki-üç aylığına - qastarbayterlər Yeni İli qeyd etmək və qış tətilini uşaqları ilə keçirmək üçün evlərinə qayıdanda bir araya gəlir. Onlar fevral ayının sonunda yenidən Rusiyaya qayıdırlar. Bu yolla təxminən 500 min erməni səyahət edir.

İrəvanın yaşayış məntəqələri yoxsulluq və perspektivsizlik saçır.

"Son iki ildə Ermənistanda yaşayıram, ondan əvvəlki 11 ili Moskvadaydım. İrəvana qayıtmağa qərar verdim, çünki, mənim fikrimcə, uşaq böyütmək üçün burada daha yaxşı şərait var. Həyətdə övladınıza nəsə olacağından narahat olmaya bilərsiniz və uşağın kompüterdə, “telefonda oturması” ilə bağlı heç bir problem yoxdur. Bundan əlavə, Ermənistanda ailə dəyərləri və böyüklərə hörmət aşılanır. Moskva bizim üçün nəzarətin çətin olduğu çox böyük və dinamik şəhər idi”, - deyə İrəvan sakini Anna MK-ya müsahibəsində bildirib. Mənfi tərəflərinə gəlincə, isə o, Ermənistanda maaşın Rusiyadakından aşağı olmasını göstərib.

Anna geosiyasi vəziyyəti ölkədəki həyatın başqa bir problemli sahəsi hesab edir.

“Əvvəllər oğlumun mütləq orduya gedəcəyini söyləyirdimsə, indi Qarabağdakı müharibədən sonra insanların nə uğrunda öldüyü heç bəlli deyil. Ölkə kiçikdir və sən davamlı bir hisslə yaşayırsan ki, sabah heç kim Ermənistan ərazisində müharibə başlamayacağına sənə zəmanət verə bilmir”, - deyə o, əlavə edib.

Ölkədəki böyük bir problem məmurların “zirəkliyidir”. İş o yerə çatır ki, Qarabağda döyüşmək üçün könüllü gedən insanlar da dövlətdən kömək ala bilmirlər, çünki statusları qanunda göstərilməyib. Müvafiq olaraq, yaralarını təkbaşına sağaltmaq məcburiyyətindədirlər. Bu isə Ermənistandakı sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, çox vaxt çətin olur.

Eyni zamanda, yerli sakinlərin fikrincə, ölkədə korrupsiya çiçəklənib.

“Ancaq Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra ilk bir neçə ayda korrupsiya azalmağa başladı. Sonra hər şey yenidən öz yerinə qayıtdı. Yalnız yol polisləri rüşvət almırlar... Əslində, onlar ümumiyyətlə heç bir iş görmürlər - yollarda qarışıqlıq hökm sürür. Ancaq belə, hər kəs rüşvət alır: vergi, gömrük, şəhər rəhbərliyi... Əsasən, işlərin “sürətlənməsi” üçün pul alınır. Eyni zamanda hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqallarımız var”, - deyə İrəvan sakini Vaqan bildirib.

Xəbər 1859 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +