İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


17.12.2018  14:49 

Milli komandaya əcnəbi baş məşqçi gətirilir





A+  A-

Qurban Qurbanovun istefaya göndərilməsindən sonra Azərbaycanın əsas milli komandasına əcnəbi çalışdırıcının gətiriləcəyi dəqiqləşib. AFFA-nın baş katibi Elxan Məmmədov məlumatı təsdiq edərək bununla bağlı deyir:
“Bizim namizəd siyahımız genişdir. Amma hələlik heç kimlə danışmamışıq. Siyahımızda italiyalı namizədlər olsa da, onlar çox deyil”. Elə ölkələr var ki, namizədləri daha çoxdur”.

XəzərNews.az “Qol.az”a istinadən xəbər verir ki, millinin yeni baş məşqçisinin yaxın bir ay ərzində, ən geci isə 2019-cu ilin yanvarın sonuna qədər açıqlanacağı ehtimalı çoxdur. Ən azı ona görə ki, martda “Avro-2020”nin seçmə mərhələsi başlayır və millinin yeni əcnəbi baş məşqşisi qısa zamanda fəaliyyəti başlamalıdı.

Amma məsələ burasındadır ki, təkcə A milli deyil, aşağı yaş qrupları üzrə komandalardan biri də əcnəbiyə tapşırılacaq. Burada söhbət hazırda baş məşqçi vəzifəsi boş olan U-21 və ya U-17 komandasının birindən gedir. Elxan Məmmədov özü də bununla bağlı xəbəri təsdiq edib.

Hazırda AFFA rəhbərliyi, baş katib Elxan Məmmədovun birbaşa nəzarəti ilə onun özünün söylədiyinə görə, milliyə namizədləri qurumun tərkibində fəaliyət göstərən Məşqçilər Komitəsinin üzvləri ilə müzakirə edir. Məşqçilər Komitəsinə uzun müddətdir heç bir klubu çalışdırmayan aşağıdakı futbol mütəxəssisləri daxildir:

Vaqif Sadıqov (sədr), Ağasəlim Mircavadov, Şakir Qəribov, Şahin Diniyev (köhnə-yeni üzv) və Yaşar Vahabzadə (yeni üzv).

Xəbər 1779 dəfə oxunub.



22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +