İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...
Bakıda gələn aydan böyük söküntü başlayır
Allah var, bilirəm...
Dərvişoğlu Baxçalıya: “Allah islah eləsin”
Ukrayna NATO-ya üzv ola bilməyəcək - Stiv Vitkoff
Əkrəm İmamoğlu bu gün ifadə verir
Ruslar Zaporojyeni atəşə tutub


16.06.2017  17:06 

Məleykə yayılan şəkildən danışdı - “Ay yazıqlar…”





A+  A-

“Bu gün Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasının ilk baxışı oldu. Tamaşanın resjissorunu və aktyor yoldaşlarımı, təbii ki, özümü təbrik edirəm. Tamaşa haqqında eşitdiyim xoş sözlər məni məmnun etdi. Bəli, bu gün səhnədə çox çətin, məsuliyyətli obraza imza atdım. Sevinənlər daha çoxdur. Amma sevinməyənlər, qısqananlar isə neüçə gündür əl-ayaqdadırlar”.
XəzərNews.az xəbər verir ki, bu sözləri xalq artisti Məleykə Əsədova rəsmi instaqram hesabında yazıb.

Məşhur aktrisa onun fotolarını eybəcər hala salaraq paylaşan şəxslərə müraciət edib:

“Şəkillərimi eybəcər hala salıb sosial şəbəkədə yayırlar. Bəzi saytlar, sənəti olmayan dırnaqrası jurnalistlər reytinq toplamaq xatirinə düzəldilmiş şəkilləri yaymaqla məşğul olurlar. Mənim şans yollarımı, istedadımı Allah verib. Allaha qarşı gələn insanlara elə Allah qənim olsun. Bunları edən insanlar təbii ki, varlığımı, istedadımı çəkə bilməyənlərdir. Ay yazıqlar, gözəllik qalıcı deyil, gedir. Amma insani keyfiyyətlərimizi itirməyək. Bu gözəl ayda dualar edin ki, sizin də üzünüzə nur gəlsin. Hər uğur qazandığım zaman mənə qarşı edilən çirkin taktikalara öyrənmişəm.

Yazıqlar olsun,çox təəssüf! Bu hərəkəti edən insanlara gülürəm. Onlara demək istəyirəm ki, mən varam! Bu gün çətin bir obrazı oynadım. Siz etdiyiniz hərəkətlə məni ruhdan salmaq istədiz, amma əksinə ruhlandım. Səhnədə alqışlar və gözəl fikirlər mükafatım oldu. Gedin həyatınızla, ailənizlə məşğul olun. Yaxşılıq edə bilmirsizsə, pislik etməyin, paxıllıqdan uzaq olun”.

Xəbər 1572 dəfə oxunub.




22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +