Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı


19.10.2021  11:55 

Prezident Slovakiya xarici işlər və Avropa nazirini qəbul edib





A+  A-

Bu gün Prezident İlham Əliyev Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçoku qəbul edib.

XezerNews xəbər verir ki, görüşdə Azərbaycanla Slovakiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, siyasi təmasların fəal şəkildə olduğu bildirildi. Bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olundu.

Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ölkəsinin Azərbaycanı iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlara malik olan bir ölkə kimi qəbul etdiyini vurğuladı və bildirdi ki, Slovakiya tərəfi Azərbaycanla iqtisadi əlaqələrin inkişafı istiqamətində səylərin Prezident İlham Əliyev tərəfindən dəstəklənməsinə böyük önəm verir. Qonaq iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsinin əhəmiyyətinə toxundu. İvan Korçok Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq və yenidənqurma layihələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirdi.

Qonaq qeyd etdi ki, Slovakiya dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə sadiqdir və bu əsasda ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Xəbər 1655 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +